Ermənistanda maşın partladıldı, atışma oldu: ölənlər var

Ermənistanda maşın partladıldı, atışma oldu: ölənlər var

İkinci Qarabağ müharibəsindən sonra “könüllülər” adı ilə əhaliyə paylanan silahların yığılmaması və siyasi hərcmərclik Ermənistanda xaosa səbəb olmaqdadır.

Mediainfo.az xəbər verir ki, müharibədən sonra Ermənistanın paytaxtı İrəvan da daxil olmaqla, müxtəlif şəhərlərdə silahlı qarşıdurmalar vaxtaşırı olaraq qeydə alınır.

Belə bir qarşıdurmalardan biri də bu gecə Eçmiədzində baş verib. Belə ki, avtomatla silahlanan şəxs bir nəfəri yaralayıb, yaxınlarını isə öldürməklə təhdid edir.

Silahlı hadisə yerinə gələn polislərə də avtomatdan atəş açıb. Nəhayət, polis cavab atəşi açıb və o, yaralı olaraq ələ keçirilib.

Məlum olub ki, avtomatla atəş açan şəxs 41 yaşlı Əziz Sloyandır. O, 60 yaşlı qohumu Tital Sloyanı bıçaqla yaraladıqdan sonra doğmalarını güllələməklə təhdid edirmiş.

İrəvanda isə səhər saatlarında – 8 radələrində avtomobil partladılıb. Hadisə yerinə gələn FHN əməkdaşları partlayış nəticəsində 2 nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını aşkarlayıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az