İspaniyada minlərlə insan krallığı Fransa ilə birləşdirən yüksəkgərginlikli elektrik xəttinin kəsilməsi səbəbindən işıqsız qalıb.
Mediainfo.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, problem Əndəlüs, Araqon, Kataloniya, Madrid və Navarada müşahidə olunur. “Red Electrica” şirkətinin “Twitter” səhifəsində verən açıqlamaya görə, “dəniz təyyarəsi ilə bağlı hadisə Fransanın yüksəkgərginlikli şəbəkəsində problem yaradıb ki, bu da yarımadanın Avropanın qalan hissəsindən müvəqqəti olaraq ayrılmasına səbəb olub”.
“Problem artıq həll edilib, ölkəmizdə şəbəkələrarası birləşmə və zədələnmiş enerji təchizatı dəyişdirilib”, - deyə şirkətin açıqlamasında qeyd olunub.
“Lusa” agentliyinin yazdığına görə, həmçinin Portuqaliya da elektrik enerjisi təchizatı ilə bağlı problem müşahidə olunur.