Qəza nəticəsində Ağsunun 7 kəndi işıqsız qalıb

Qəza nəticəsində Ağsunun 7 kəndi işıqsız qalıb

Ağsu rayonunda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi ıqsız qoyub.

Mediainfo.az xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda “VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi - Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az