Warning: opendir(/home/mediainfoaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ ETDİ

Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ ETDİ

Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ ETDİ
Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ ETDİ

Bu gün bir qrup Qarabağ qazisi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

Mediainfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər.

İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmaması, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq onların suallarını cavablandırıb.

F.Talıbov deyib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır:

"Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub. Onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir. Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək. Qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Onların problemləri mütəmadi şəkildə həll olunur. Vəziyyət araşdırılacaq".

F.Talıbov jurnalistlərin "Nazirin bu olanlardan xəbəri varmı" sualına cavabında bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bütün günü iş başındadır:

"Bütün tədbirlər və Qarabağ qazilərinin əlillik məsələsi birbaşa nazirin xüsusi diqqətindir. Eyni zamanda, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsilə bağlı tədbirlər mütəmadi görülür. Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış 3 min şəxsə əlillik təyin edilib. Bu məlumatları nazirliyin rəsmi saytından da əldə edə bilərsiz".

Şöbə müdiri əlavə edib ki, həmin şəxslər ilk növbədə hərbi həkim komissiyasına müraciət etməlidirlər:

"Hər bir vətəndaşın sivil qaydada etiraz etmək, müraciət etmək hüququ var. Əgər məhkəmə qərarı varsa, heç kim onu bu hüquqdan məhrum edə bilməz. Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir. Qeyd edim ki, əlilik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2024 (c) Mediainfo.az