Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
ABŞ-ın Çikaqo ştatında silahlı atışmalar olub.
Naməlum şəxslər ötən həftənin cümə axşamından bu həftənin bazar ertəsinə qədər 104 dəfə silahlı hücum təşkil edib.
Olaylar nəticəsində 5-i uşaq olmaqla, 14 nəfər həlak olub, ən az 90 nəfər xəsarət alıb.
Silahlı hücumlar əsnasında 3 yaşlı bir uşaq atası ilə avtomobildə ikən vurulub. Digər bir hücum zamanı isə 13 yaşlı qız evlərinin qonaq otağında televizora baxarkən güllənin hədəfi olub. Digər bir olay zamanı 15 və 16 yaşlı qardaşlar qırmızı lazerlə hədəf alınıb və vurulub.
Polis şübhəlilərin fotolarını əhaliyə paylayıb və onlar haqqında bilgi verənlərə 9 min ABŞ dollar mükafat təyin edib.
Mediainfo.az