MƏZHƏBÇİ TƏXRİBATÇILAR... - Və ya Şəhid mərasimlərinə İran məzhəbçiləri necə yol tapır?

MƏZHƏBÇİ TƏXRİBATÇILAR... - Və ya Şəhid mərasimlərinə İran məzhəbçiləri necə yol tapır?

Şeyxülislam hələ xeyli əvvəllərdən hər yatıb-duranda da İrana tərəf boylananda, az qala ayın batmasından, günəşin çıxmasından tutmuş, orucluğun başlamasına, Qurban bayramının bitməsinə qədər hər şeyi İran vaxtı ilə ölçüb-biçəndə və elan edəndə, cəmiyyətin bütün normal ziyalı kəsimi bunun Azərbaycanın gələcyinin bünövrəsinə basdırılmış təhlükəli mina olduğunu car çəkirdi. Ancaq qulaq asan olmadı. Həmin kəsim məscidlər, dini mərkəzlər və s. savadsız, “ən yaxşı halda” isə İranda təhsil almış məzhəbçi mollaların ixtiyarına veriləndə də bunun mənfi nəticələr doğuracağını bəyan etdi. Buna da qulaq asıb tədbir görən olmadı...

Bütün bunların acı nəticəsi isə artıq göz qabağındadır. Ölkəmizdə dini inhisara almağa çalışan və zombiləşdirdiyi savadsız, mövhumatçı kütlədən siyasi alət kimi istifadə etməyi hədəfləyən iranpərəst qüvvə təkcə məscidləri, qəbristanlıqları, sosial şəbəkələri, rəsmi dini qurumları və s. zəbt etməklə kifayətlənməyib, artıq şəhid mərasimlərinə soxulacaq qədər həyasızlaşıblar.

Ürəklərimizi parçalayan şəhid mərasimlərinin birinə dair videogörüntüdə şəhid anası bu din tüccarlarına, fırıldaqçılarına, mövhumatçılarına üsyan edir!

Üsyan edir və tanımadığı, bilmədiyi, çağırmdığı bu beyinsizlərə deyir ki, ağlayırsınızsa, mənim şəhid balama ağlayın! Niyə şəhid anası bu vəziyyətə çatdırılmalıdır, niyə şəhidə və onun ruhuna, vətənə və vətən sevgisinə aidiyyatı olmayan saxta vay-şüvənlərlə, şaxsey-vaxseylərlə bezdirilməlidir? Niyə məhz o kədərli ana belə ağır günüdə, öz dərdi özünə bəs deyilmiş kimi, hələ İran maşalarına da üsyan etməlidir? Niyə müvafuiq icra strukturları, asayişə nəzarət edən hüquq-mühafizə orqanları buna göz yumur? Həmin şəhidin mənsub olduğu el-obanın, qəsəbənin, kəndin, məhəllənin ağsaqqalları belə hallara niyə yol verirlər? Yoxsa, yuxarıda qeyd etdiyimiz orqanlarda çalışanlar özləri də mövhumatçılıq və məzhəbçilik bəlasına düçar olublar? Yoxsa, el-oba ağsaqqalları da şəhidlə bərabər imamlardan öz məqsədləri üçün istifadə edən məzhəbçi təxribatçılarla eyni ağıldadırlar? Bəlkə onlardan çəkinirlər?...

Nəhayət, bu adamlar ümumiyyətlə, şəhid mərasimlərində nə gəzir, orada necə peyda olurlar? Kim çağırır onları, kim idarə edir, kim yönləndirir? Yəni, çoxmu çətindir bunları müəyyən etmək?

“Covid” epidemiyası dövründə dünyada misli görünməyən sərt qadağalar tətbiq edən, standartlar qoyan hökumət, şəhid mərasimlərilə bağlı hansısa norma tətbiq edə bilməzmi? Məsələn, olmazmı ki, bütün şəhid mərasimlərində Azərbaycan himnindən və ata-babadan dəfn mərasimlərində istifadə olunan Quran ayələrindən başqa heç nəyin oxunmasına, şaxsey-vaxseylərə, məzhəbçi mərasimlərə və s. icazə verilməsin?

Bunlar hamısı cavabı açıq qalan suallardır. Bu və dərinə gedib səsləndirmək istəmədiyimiz digər buna bənzər suallar cavabsız qaldıqca, Azərbaycandakı İran məzhəbçiliyinə qarşı adekvat tədbir görülməyincə, bir gün daha acınacaqlı və eybəcər səhnələrin, dövlətimizin, təhlükəsizliyimizin, müstəqilliyimizin dayaqlarına vurulan ağır zərbələrin şahidi olacağıq. Və yatıb-yatıb, yalnız həmin gün ayılanda isə artıq gec olacaq...AzPolitika.info

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az