Ermənistan həqiqətən də ərazi bütövlüyümüzü tanıdımı? Paşinyan yenə də məkrli oyun oynayır

Ermənistan həqiqətən də ərazi bütövlüyümüzü tanıdımı?  Paşinyan yenə də məkrli oyun oynayır

Praqada belə demək mümükünsə Ermənistanın dediyi oldu. Praqa bəyanatına əsasən Ermənistan ərazi bütövlüymüzü 1991-ci il Alma Ata bəyannaməsinə əsasən tanıyır. Bundan əvvəl Paşinyan bildirmişdi ki, Dağlıq Qarabağ SSRİ-nin dağılması ərəfəsində Azərbaycandan ayrılıb və Ermənistan1991-ci il Alma-Ata bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü "Dağlıq Qarabağ"sız tanıyır. Doğrudanmı biz Praqada adı çəkilən bəyanatı imzalamaqla ermənipərəst Makron və Mişelin toruna düşmüşük? Yəqin ki, bu suala yaxın vaxtlarda cavab veriləcək. Digər tərəfdən də Paşinyan bu günə kimi Azərbaycanla imzaladığı anlaşmaların heç birinə əməl etməyib. Kim zəmanət verə bilər ki, Paşinyan yenidən imza atdığı Praqa bəyanatının şərtlərinə əməl edəcək? Bu sualın cavabı aydındır: Heç kim.

Belə bir vəziyyətdə zənnimizcə "Paşinyan ərazi bütövlüyümüzü tanıdı"- deyə sevinməyə dəyməz. Paşinyan bu gün Sankt-Peterburqda keçirilən MDB Dövlət başçılarının qeyri-formal sammitində iştirak edir. Şübhəsiz ki, Rusiya rəhbərliyi tərəfindən Praqa bəyanatını imzaladığına görə Paşinyana təzyiqlər olacaq. Belə hesab edirəm ki, Paşinyan Sankt-Peterburqdan Yerevan qayıtdıqdan sonra Praqa bəyanatında nəzərdə tutulanlara zidd olan açıqlamlar versin və həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünü " Artsax"sız tanıdığını bəyan etsin. Biz artıq buna oxaşar hadisələrlə-Paşinyanın analoji vəziyyətlərdə mövqeyinin tez-tez dəyişdiyinin dəfələrlə şahidi olmuşuq.

Məsələyə münasibət bildirən Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov “Yeni Sabah”a müsahibəsidə deyib ki, Ermənistanın səmimiliyinə və bu bəyanata inanmır:

"Bilirsiniz, mən bu tanımağı qəbul etmirəm. Ona görə ki, artıq Ermənistanın Almatı Bəyannaməsi qəbul olunarkən Müstəqillik Aktında göstərilib ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Bu Müstəqillik haqqında akt hazırda qüvvədə olan Konstitusiyanın əsasını təşkil edir, yəni qüvvədə qalıb. Onun üçün bu bəyanatlar hesab edirəm ki, praktiki bəyanatlardır ki, Ermənistan bunları istifadə edir. Çünki görür ki, o öz mövqeyində artıq izolyasiya olunub, ona nə Rusiyadan, nə də Qərbdən dəstək yoxdur. Bu baxımdan, bu bəyannaməni ciddi qəbul etmək olmaz.

Düşünürəm ki, Ermənistanın həmişəki olduğu kimi bu da bir növ oyundur. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyanda bunu Qarabağsız tanıyıb və dəfələrlə bu bəyanatları veriblər. Ona görə də mən burada heç bir yenilik görmürəm. Sadəcə olaraq, bu, Ermənistanın həmişəki kimi söz oyunu diplomatiyasıdır".

Əziz Mustafa

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az