Adam öldürüb hadisə yerindən qara ciplə qaçan azərbaycanlı axtarılır

Adam öldürüb hadisə yerindən qara ciplə qaçan azərbaycanlı axtarılır

Rusiyanın Peterburq şəhərinin polisi şəhərdəki kafelərdən birində adam bıçaqlayıb hadisə yerindən qara rəngli ciplə uzaqlaşan azərbaycanlını axtarır.

Mediainfo.az xəbər verir ki, hadisə fevralın 3-də gecə saat 3.30 radələrind baş verib. Şəhərdəki “Vodopad” kafesində naməlum şəxs mübahisə zəminində 50 yaşlı Rusiya vətəndaşını bıçaqla sinəsindən vurub. Şahidlər yaralını xəstəxanaya çatdırıblar, amma onun artıq keçindiyi məlum olub.

Polis kafedəki davada iştirak edənlərdən beş nəfəri saxlayıb. Onlardan üçü Azərbaycan vətəndaşıdır və barələrində xırda xuliqanlıq maddəsi ilə inzibati cəza tədbiri görülüb. Bıçaqla adam vuran isə 44 yaşlı Azərbaycan vətəndaşıdır, onun qara rəngli “Mitsubishi Pajero Sport” avtomobili ilə hərəkət etdiyi bildirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az