Bankomatdan pensiyanı çəkməyə kömək etdi və kartı oğurladı

Bankomatdan pensiyanı çəkməyə kömək etdi və kartı oğurladı

Qubada pensiya kartını oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, rayonun Rustov kənd sakini N.Veyisov rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra pensiya kartının oğurlandığını bildirib. Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində plastik kartı oğurlayan şəxsin rayon sakini Cavid Ağarzayev olduğu müəyyən edilib və o saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, ötən ilin noyabrında C.Ağarzayev zərərçəkmişin təqaüdünü bankomatdan çəkməyə köməklik göstərib. Daha sonra isə o, həmin kartı özündə saxlayaraq, növbəti ay yüklənən təqaüdü özü götürüb.

"Hazırda Cavid Ağarzayevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır. Həmin şəxsin əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az