“Falçı Maya“ya 10 il həbs cəzası verildi - Təfərrüat

“Falçı Maya“ya 10 il həbs cəzası verildi - Təfərrüat

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediainfo.az-ın Yenisabah.az-a istinadən verdiyi məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror C. Zeynallıya 13 il , Ş. İsmiyevaya isə 10 il 6 il həbs cəzası tələb etmişdi.

Rəsmi məlumata görə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli biliniblər.

İttihamda qeyd olunub ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.

Ş.İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törətdiyini bildirib. O, məbləğin boyük hissəsini Ceyhuna verdiyini iddia edib.

Ceyhun Zeynallı isə cinayət işi üzrə özünü təqsirli bilməyərək, Şəfəq İsmiyevanın böhtan atdığını deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az