Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub, o, saxlanılıb.

Mediainfo.az xəbər verir ki. bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, həmin qadın P.M. (ad, soy adı şərti) Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Xatırladaq ki, hadisə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin yanında baş verib. Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini təpikləyib. Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az