Bakıda narkotik satmaq istəməyən şəxsi girov saxladılar

Bakıda narkotik satmaq istəməyən şəxsi girov saxladılar

Bakının Sabunçu rayonunda cinayət hadisəsi baş verib.

Mediainfo.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb, narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alaraq digər şəxslə birlikdə döyüb, videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az