Azərbaycanda polislərə hücum edildi

Azərbaycanda polislərə hücum edildi

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aprelin 17-də saat 20 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılıb.

Mediainfo.az xəbər verir ki, sürücü, rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o, həkim müayinəsinə dəvət olunub.

Avtomobili dayanacağa təmin etmək istəyərkən sərnişini, kənd sakini Namaz Namazlı polis əməkdaşlarına maneçilik törədib.

Polis əməkdaşları onu dəfələrlə qanuni tələblərinə riayət etməyə və nizam-intizama dəvət etsələr də o, bu hərəkətlərini davam etdirib.

Onlar avtomobillə birgə Şəmkir rayon polis şöbəsinə təhvil veriliblər.

N.Namazlı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib olunub.

Şəmkir rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Sürücü O.Məsimovun isə narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə təqdim olunub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az