“Lüt görüntülərimin yayılmaması üçün rəfiqəmdən...” – Qadın sevgilisi tərəfindən şantaj olundu

“Lüt görüntülərimin yayılmaması üçün rəfiqəmdən...” – Qadın sevgilisi tərəfindən şantaj olundu

Abşeron rayonunda 2002-ci il təvəllüdlü Tehran qeyri-rəsmi ər-arvad münasibətində olduğu Sevili (adlar şərti verilibr – red.) intim görüntüləri ilə şantaj edib.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, Tehran ötən ilin mayın 25-də Sevilə məxsus lüt video görüntülərini mobil telefonuna göndərib. Onu həmin videogörüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib, 2000 manat tələb edib.

Tehranın hədələrini real qəbul edən Sevil qohumları və tanışlarının yanında rüsvay olmaq istəməyib.

Bu səbəbdən yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində iyunun 11-də 1500 manat pul vəsaiti və dəyəri 700 manat olan “Samsung A7” markalı mobil telefonunu ona verib.

İstintaq orqanı tərəfindən Tehranın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Valideynlərim narahat oldular”

Tehranın barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tehran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sevil ilə onun ər-arvad münasibətləri olub: “Sevil ilə yaxın qohumlarımın və yaxınlarımın evində ər-arvad kimi görüşmüşük. Aramızda normal münasibətlərin olmasından valideyinlərimin xəbəri olub. Lakin valideyinlərim Sevil ilə olan münasibətdən narahat oldular, ondan uzaqlaşmağımı məsləhət gördülər”.

“Telefonunu mənə verdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ərəfələrdə, yəni təxminən aprel-may ayında avtomaşın almaq qərarına gəlib: “Lakin pulum çatmadığından Sevil mənə 1000 manat verdi. Bundan əlavə Sevil mənim istifadəmdə olan “Samsung Galaxy A50” markalı telefonumu “Lombarda” qoyaraq oradan pul götürdü. Həmin pulu da mənə verdi. Lakin həmin vaxt mobil telefonum olmadığından Sevil ilə görüşən vaxtı istifadəsində olan “Samsung A7” markalı telefonu istifadə etmək üçün mənə verdi”.

Tehran deyib ki, sonradan Sevildən uzaqlaşmaq üçün münasibətlərini pozub, bu səbəbdən aralarında narazılıqlar yaranıb.

“Oteldə cinsi əlaqədə olduq”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevilin sözlərinə görə, Tehran ilə təxminən 2021-ci ilin yanvarında “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olub: “Təxminən bir həftəyə yaxın Tehranla yazışdıq. Sonra Tehranla Neftçilər metrosunun yaxınlığında yerləşən onun dostu Səlimin kirayə qaldığı evdə görüşdük. Həmin vaxt evdə Tehran, Tehranın dostu Səlim və onun görüşdüyü qız olub. Orada Tehranla 1-2 saata yaxın söhbət etdik. Sonra təxminən 10 günə yaxın telefonla danışdıq. Sonra Bakı şəhərində yerləşən “Sekret” otelində görüşdük. Həmin vaxt təqsirləndirilən şəxslə təbii yolla cinsi əlaqədə olduq”.

“Əvvəlcə nənəsi, sonra anası ilə tanış oldum”

Sevil bildirib ki, bundan sonra mütamadi olaraq Tehranla oteldə görüşüblər: “Təxminən 10-15 gün görüşdükdən sonra Tehran məni yaşadıqları 2-ci Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evlərinə apardı. Həmin vaxt evdə heç kim olmayıb. Orada da Tehranla cinsi əlaqədə olduq”.

Sevilin bildirdiyinə görə, bundan sonra Tehranla Ağcabədi rayonu Muğanlı kəndində yaşayan nənəsigilə gediblər: “Tehran məni nənəsi ilə tanış etdi. Gecəni orada qaldıq. Orada da Tehranla cinsi əlaqədə olduq. Səhəri gün axşam saatlarında Bakı şəhərinə qayıtdıq. Tehranın yaşadığı evə getdik. Tehran anasına zəng vurdu. Tehranın anası və bacısı digər bacılarının evində olduğunu dedilər. Onlara evə gəlmələrini dedi. İlk dəfə Tehranın anası ilə tanış oldum. Onunla bir az söhbət etdik. Sonra Tehran məni yaşadığım evə apardı”.

“Əvvəllər istədiyim oğlana SMS yazdım”

Sevil qeyd edib ki, Tehranın bütün xərclərini cəkib, “Rent Car”dan götürdüyü avtomobillərin pulunu da verib: “Təxminən 2021-ci ilin mayın əvəllərində Tehranla Neftçilər metrosunun yaxınlığında görüşdük. Bu zaman istifadəmdə olan mobil telefona əvvəllər istədiyim, hazırda Qazaxıstan Respublikasında yaşayan Elçin adlı şəxsə SMS yazdım. Tehran SMS-i görən kimi məndən kim olduğunu soruşdu. Mən də həmin şəxsin əvəllər istədiyim oğlan olduğunu bildirdim”.

“Ərimə mənimlə görüşdüyünü bildirdi”

Sevilin sözlərinə görə, daha sonra Tehran onu taksi ilə yaşadıqları evə aparıb: “Orada telefonumu əlimdən aldı və Elçinin SMS-lərinə cavab verdi, Elçini söydü. Elçinlə danışmaq istəməməyimi bildirməyimi mənə məcbur etdi. Tehran mənim keçmiş ərimin və qaynanamın telefon nömrələrini də götürdü. Məni hədələdi. Sonra keçmiş ərimə və qaynanama mənimlə görüşdüyünü bildirdi. Bundan sonra Tehrandan ayrıldım”.

“Yalvarışlarıma məhəl qoymadı”

Zərərçəkmiş qeyd edib ki, Tehrandan ayrılandan sonra təxminən 2021-ci ilin mayın sonlarında onu hədələyib: “Lüt videolarımı “Tik-Tok”da paylaşacağını dedi. Tehranın yazısını oxuduqdan sonra onun səhifəsində oteldə yatdığım yerdə videomun paylaşıldığını gördüm. Bundan sonra Tehrana zəng vurdum. Dedim ki, sən kimsən, mənim videomu paylaşırsan, bu, video mənim deyil. Bu zaman Tehran da mənə videomu atdı. Videonu göndərəndən sonra həmin videonun həqiqətən də mənə məxsus olduğunu gördüm. Videonun yayılması üçün 2000 manat verməyimi, pul çatandan sonra videonu paylaşmayacağını bildirdi. Tehrana yalvar-yaxar etdim. Belə şey eləməməsini, anamın xəstə olmasını bildirdim. Tehran yalvarışlarıma məhəl qoymadı, yenə pul tələb etdi”.

“Lüt görüntülərimin yayılmaması üçün ona pul verdim”

Zərərçəkmiş bildirib ki, Tehrana pulunun olmadığını, qızıllarını lombarda qoyub və 1500 manat düzəldə biləcəyini deyib: “Lakin Tehran məndən əl çəkmədi. Buna görə, məcbur qalaraq rəfiqəmə Tehranın məni şantaj etdiyini, bunun üçün mənə təcili 1500 manat tapmasını xahiş etdim. Rəfiqəm mənə 1500 manat borca verdi. Lüt video görüntülərimin yayılmaması üçün iyunun 11-də Tehrana dedim ki, evimə gəlib pulu götürsün. Tehran həmin gün axşam vaxtı gəldi. Rəfiqəmin yanında ondan borc adığım 1500 manat pul və 700 manat dəyərində olan “Samsung A7” markalı mobil telefonumu Tehrana verdim”.

Məhkəmənin hökmü ilə Tehran 3 il müddətinə azadlıqdan məhrum edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az