65 manata görə iki qadını öldürüb evi yandırdılar

65 manata görə iki qadını öldürüb evi yandırdılar

2 gün öncə Tovuzda iki qadının yanaraq öldüyü evdəki yanğının qəsdən törədildiyi məlum olub.

Mediainfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oğurluq məqsədilə evə girən iki nəfər ev sahibini və orada olan qonşusunu öldürüb, daha sonra izi itirmək üçün evi yandırıblar.

Hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisə yerinə polis əməkdaşları və yanğın söndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu, 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis və prokurorluq orqanlarının həyata keçirdiyi əməliyyat–istintaq tədbirləri nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib:

“Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, evə oğurluq məqsədilə girmiş 19 yaşlı E.Bağırov və onun 17 yaşlı tanışı Quliyev bıçaqla hər iki qadını öldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verib. Onların barəsində cinayət işi başlanıb. İstintaq davam etdirilir”.

Qeyd edək ki, Y.Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az