Şıx çimərliyində - Cinayət

Şıx çimərliyində - Cinayət

Şıx çimərliyində vətəndaşların telefonlarını və pullarını oğurlayan şəxslər saxlanılıb.

Mediainfo.az xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda Şıx çimərliyində “Tofaş” markalı bir avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin çantalarından 3 ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə “Mercedes” markalı bir avtomobildən içərisində 1400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub.

Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az