12 gün əvvəl Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub

12 gün əvvəl Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub

Avqustun 11-də Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.

Mediainfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az