Səlim Müslümov kimlərdən rüşvət alıb? - Şok faktlar

Səlim Müslümov kimlərdən rüşvət alıb? - Şok faktlar

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediainfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev ittiham aktının elanını davam etdirib.

Prokuror 573 səhifəlik ittiham aktının 107 səhifəlik nəticəvi hissəsini elan edib.

İttiham aktında qeyd olunub ki, Tovuz rayonunda şəhid ailələrinə evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir qismi Səlim Müslümov vasitəsi ilə mənimsənilib. Bundan başqa Səlim Müslümovun himayədarlığı ilə "Nicat" MMC və "Real H" MMC-lər tenderlərdə qalib gəlib, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb.

Daha sonra ittihamda qeyd olunub ki, Səlim Müslümov müharibə iştirakçıları üçün tikilən evlərlə bağlı mənimsəmə faktlarına yol verib.

Növbəti proses sentyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümov vurduğu ziyanın 20 milyon manatını ödəyib. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az