Məşhur polkovnik Rəşad Məlikzadə də HƏBS EDİLDİ

Məşhur polkovnik Rəşad Məlikzadə də HƏBS EDİLDİ

27 sentyabr 2022-ci ildə Bakı Hərbi Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Məlikzadə Rəşad Səfər oğlu barəsində vəsatətə baxaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib.

Mediainfo.az "Unikal"a istinadən xəbər verir ki, Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, 8.355.486,00 manat pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Məlum olur ki, dövlətə vurulmuş xüsusilə külli miqdarda ziyanın dövlət büdcəsinə ödətdirilməsi üçün Müdafiə Nazirliyinin Maliyyə Xidmətinin rəhbər hərbi qulluqçularının əməllərinin sübuta yetirilərək məsuliyyətə cəlb olunmaları davam edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az