Bakıda avtomobildən 40 min dollar pul oğurlanıb.
Mediainfo.az xəbər verir ki, pul pul qəzaya düşən maşından oğurlanıb.
Hadisə oktyabrın 8-də Nardaran qəsəbəsində baş verib. "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Kia"da olan 2 nəfər ölüb, 1 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı "Kia"da 40 min dollar pul varmış. Kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov "Kia"da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb.
Şübhəli şəxslər bu zaman "Kia"nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.
Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.