Parisdə evinin qarşısında 12 yaşlı qızın cəsədi tapıldıqdan sonra Fransa polisi istintaqa başlayıb.
Mediainfo.az xəbər verir ki, Lola Davyenin meyiti təkərli çamadanda aşkarlanıb.
Qurbanın öldürülməzdən əvvəl zorlandığı və işgəncələrə məruz qaldığı bildirilir. Cİnayətdən əvvəl Lolanın anası Feysbuk hesabında elan yerləşdirib: “Əynində ağ cins şalvar, ağ kapüşon və boz bel çantası var. Onu tapmaqda bizə kömək edin".
Bu mesajın dərcindən bir neçə saat Lolanın cəsədi parçalanmış halda tapılıb. Polis yaşayış binasının təhlükəsizlik kameralarında Lola ilə sonuncu dəfə evsiz bir qadın olduğunu görüb. Görüntülərdə onların saat 15:15-də Lolanın yaşadığı binaya daxil olduğu əks olunub. Saat 17:00 radələrində isə evsiz qadının ağır baqajla təkbaşına binadan çıxdığı qeyd olunub. Bundan qısa zaman sonra isə 12 yaşlı qızın cəsədi tapılıb. Onun boğularaq öldürüldüyü bildirilir.