Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.
Mediainfo.az xəbər verir ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib.
Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.