Messi və Ronaldo 16 ildən sonra Çempionlar Liqasının 1/4 finalında oynamayacaq

Messi və Ronaldo 16 ildən sonra Çempionlar Liqasının 1/4 finalında oynamayacaq

Çempionlar Liqasında qeyri-adi hadisə yaşanıb.

Mediainfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, son 16 ildə ilk dəfə 1/4 final mərhələsi Kriştiano Ronaldo və Lionel Messisiz keçiriləcək. Hər iki əfsanənin komandası mübarizəni 1/8 finalda dayandırıb. Ronaldo və Messinin heç birinin olmadığı 1/4 finala sonuncu dəfə 2004/05 mövsümündə təsadüf edilib. Həmin vaxt Messili “Barselona” 1/8 finalda “Çelsi”yə (2:1, 2:4), Ronaldolu “Mançester Yunayted” “Milan”a (0:1, 0:1) uduzmuşdu.

Qeyd edək ki, cari mövsümün 1/8 finalında “Barselona” PSJ (1:4, 1:1), “Yuventus” “Porto” (1:2, 3:2) səddini keçə bilməyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az