"Qalatasaray"dan səfərdə inamlı qələbə

"Qalatasaray"dan səfərdə inamlı qələbə

Aprelin 17-də futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub.

Mediainfo.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Qonaqların hər üç qolunu Məhəmməd Aktürkoğlu vurub. Meydan sahiblərinin heyətində isə Foysseni Diabate fərqlənib.

Günün digər qarşılaşmasında “Ərzurumspor” səfərdə “Denizlispor”u 3:2 hesabı ilə məğlub edib. “Yeni Malatyaspor” öz meydanında “Alanyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” – “Hatayspor” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 66 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 65 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az