Çempionlar Turu: Rəcəbov növbəti mərhələyə yüksəldi

Çempionlar Turu: Rəcəbov növbəti mərhələyə yüksəldi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.

Mediainfo.az xəbər verir ki, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılıb.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Teymur Rəcəbov isə oyunlarından 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az