Futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsinə start verilib.
Mediainfo.az xəbər verir ki, ilk oyunda Uels və Danimarka millisi qarşılaşıb.
Görüş Danimarkanın 4-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Danimarka millisi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında iştirak hüququ qazanıb. Rəqib isə Niderland - Çexiya duelinin güclüsü olacaq.
***
Futbol üzrə İtaliya millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
İyunun 26-da Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya yığma komandaları üz-üzə gəliblər.
Matçın əsas vaxtında qapılara top vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün oyuna əlavə vaxt təyin olunub. Əlavə hissədə rəqibini 2:1 hesabı ilə məğlub edən İtaliya millisi "Avro-2020"nin dörddəbir final mərhələsinə adlayıb.
İtaliya millisinin heyətində Federiko Çiesa, Matteo Pissina, rəqib komandadan isə Saşa Kalajdziç fərqlənib.
İtaliya millisi dörddəbir finalda Belçika - Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.