Yunan futbolçu: “Olimpiakos” “Neftçi”ni asanlıqla keçəcək”

Yunan futbolçu: “Olimpiakos” “Neftçi”ni asanlıqla keçəcək”

“Olimpiakos” “Neftçi” ilə oyunda heç bir problemlə üzləşməyəcək və mərhələni asanlıqla keçəcək”.

Mediainfo.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Vangelis Platellas Yunanıstanın “Sdna” nəşrinə müsahibəsində deyib. 2019/20 mövsümündə Bakı klubunun formasını geyinmiş yunan futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Olimpiakos” – “Neftçi” cütlüyünü şərh edib. O hesab edir ki, “Olimpiakos” yüksək vəzifələri yetirməyə qadir olan daha səviyyəli komandadır: “Amma bütün matçlarda olduğu kimi, “Neftçi” ilə görüşdə də diqqətli olmaq lazımdır. Nəzərə alaq ki, rəqib bu mövsüm artıq 2 rəsmi oyun keçirib, “Olimpiakos” isə yox”.

32 yaşlı yarımmüdafiəçi Emin Mahmudov və Namiq Ələsgərovu sabiq komandasının ən təhlükəli iki futbolçusu adlandırıb: “Petro Martins (“Olimpiakos”un baş məşqçisi – red.) və futbolçuları bu iki oyunçuya xüsusi diqqət yetirməlidir. Mahmudovun Rusiyaya bağlılığı var. Uzun illər həmin ölkədə oynayıb. O, topu özündə yaxşı saxlamağı, onu itirməməyi və meydanda doğru mövqe seçməyi bacaran bir oyunçudur. Eyni sözləri Ələsgərov barədə demək olar. Yaxşı oyunçudur, rəqibin cərimə meydançasına təhlükəli həmlələri olur”.

Platellas bildirib ki, “Neftçi” açıq futbol oynayan komandadır: “Neftçi” müdafiəyə qapanan komandalardan deyil. Onlar iddialıdır və Çempionlar Liqasının qrupuna düşməyə cəhd edir. Ola bilər ki, onlar aqressiv oynamağı xoşlayırlar. Amma müdafiədə problemləri çoxdur. Bundan da “Olimpiakos”un futbolçuları lazımında istifadə edə bilərlər”.

O, sonda “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” haqda da danışıb: “Ora “Olimpiakos”u qorxuda biləcək arena deyil. Həmin stadionda atmosfer Yunanıstan stadionlarındakı kimi isti deyil”.

Qol.az xatırladır ki, “Neftçi”nin “Olimpiakos”a qarşı ilk oyunu iyulun 21-i səfərdə, cavab matçı iyulun 28-i Bakıda olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az