Azərbaycanlı hakim Konfrans Liqasında 8 sarı vərəqə göstərdi

Azərbaycanlı hakim Konfrans Liqasında 8 sarı vərəqə göstərdi

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Konfrans Liqasının oyununu idarə edib.

Oxuməni.az xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Teuta" (Albaniya) - "İnter" (Andorra) matçında iştirak ediblər.

Oyun Andorra təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. Cabbarov bu oyunda 8 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, hər komandadan 4 oyunçuya rəsmi xəbərdarlıq edib.

Rauf Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edib. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az