Qurbanov kiprli azarkeşlərə meydan oxudu

Qurbanov kiprli azarkeşlərə meydan oxudu

Stadionda azarkeşlər bizimkiləri söyür, meydana müxtəlif əşyalar atır, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyir. Aranın qarışdığını görən hakim oyunu saxladı. Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollandı. Bizimkilər də, kiprlilər də. Bir də nə görsəm yaxşıdır? Qurban müəllim meydandadır. Tək özü, yanında heç kim yox. Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. Qürurverici, fəxrediləsi mənzərə idi. Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!

Mediainfo.az xəbər verir ki, bu sözləri jurnalist Ceyhun Rzayevin ötən gün AEL ilə oyunda baş verən insidentlə bağlı paylaşıb. Onun bu paylaşımı qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib və hər kəs bu postu paylaşmaqdadır.

Qeyd edək ki, ötən gün oyun zamanı kiprli azarkeşlər etikadankənar davranış və sözlərlə təxribatlar törədiblər. Kiprli azarkeşlərin etikadankənar davranışları 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra pik səviyyəyə qalxıb. Kiprli fanatlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib.

Q.Qurbanov azarkeşin bu davranışından sonra özündən çıxıb. Matçın baş hakimi qarşılaşmanı dayandırıb və komandaları geyinmə otağına göndərib. Oyun bir neçə dəqiqəlik fasilədən sonra bərpa olunub.

Qurban Qurbanov isə açıqlamasında deyib ki, heç kimdən qorxmuruq və çəkinmirik:

"Futbolçularıma müxtəlif əşyalar atırdılar. Başından xəsarət alan da var. Sonda mən də özümdən çıxdım. Matçın UEFA nümayəndəsi mənə yaxınlaşıb təşəkkür etdi. Bakıda idman prinsiplərini qorumalıyıq".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az