Azərbaycan İdman Jurnalistləri Assosiasiyası AIPS vəsiqələrini üzvlərinə təqdim edib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası AIPS vəsiqələrini üzvlərinə təqdim edib

Fevralın 17-si Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) baş ofisində 2022-2023-cü illər üçün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) vəsiqələri bir qrup AİJA üzvünə təqdim edilib.

Oxuməni.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİJA prezidenti Eldar İsmayılov qonaqları salamlayıb.

Daha sonra AİJA-nın baş katibi Rövşən Binnətli, təşkilatın birinci-vitse prezidenti Nərgiz Mahmudzadə, vitse-prezidentlər Natiq Nəsirov, Anar Şabanoğlu və Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov vəsiqələri üzvlərə təqdim ediblər.

Sonda Eldar İsmayılov bu gün keçiriləcək "Marsel" - "Qarabağ" oyununun əhəmiyyətindən danışıb və AİJA rəhbərliyi adından çətin səfər qarşılaşmasında komandamıza uğurlar arzulayıb.

Murad Şahməmmədov

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az