"Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.

Mediainfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.

BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: "Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk "Formula 1" yarışının qalibi olan Niko Rosberq ("Mercedes) Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. "Formula 1"in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az