"Olimpiakos"un heyətində ciddi itki - "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un heyətində ciddi itki - "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un daha bir futbolçusu Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.

Mediainfo.az xəbər verir ki, hücumçu Yussef Əl-Arabi "Atromitos"u 2:0 hesabı ilə məğlub etdikləri çempionatın VI tur oyununda sıradan çıxıb.

Fasilədə əvəzlənən mərakeşli forvardın yerinə meydana Matyö Valbuena daxil olub. Pirey təmsilçisinin həkimlərinin ilkin rəyinə əsasən, Əl-Arabinin sağ dizinin yan bağlarında problem aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Ölkə çempionunun digər hücumçusu Hvan Uy Co da zədə səbəbindən həmin matçda meydana çıxmayıb.

Beləliklə, "Olimpiakos"da zədəli futbolçuların sayı 5-ə çatıb. Daha əvvəl müdafiəçilər Usseynu Ba, Panayotis Retsos və Tomaş Vatslikin "köhlən atlar"a qarşı oynamayacağı bəlli olub.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az