
İsveç paytaxtı Stokholmda “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin açılış mərasimi və ilk oyunları baş tutub.
Mediainfo.az xəbər verir ki, İsveç Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə 16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandaları iştirak edir.
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov turnirin mahiyyəti barədə danışıb. Səfir təşəbbüsün İsveç Azərbaycanlıları Konqresinə rəhbərlik edən Emil Mirzəyev və İsveçdə yaşayan məşqçi Rüfət Əhmədovla əməkdaşlıq çərçivəsində həyata keçirildiyini xatırladıb.
Daha sonra çıxış edən İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev əvvəlcə öz rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. "Şuşa FM 2022" minifutbol turnirində, idman ab-havasının qorunaraq, dostluq və dürüst rəqabətin yer alacaq bir idman bayramının baş tutmasının əhəmiyyətinə toxunan diaspor fəalı, idmançılara uğurlar arzulayıb.
Turnirin açılış mərasimindən sonra, Azərbaycan Qazaxıstan komandaları meydana çıxıb. Nəticədə ölkəmizi təmsil edən komanda 7-0 hesabı ilə qalib gəlib.
Turnirdə baş tutan sonrakı matçların hesabları:
Albaniya–Tunis 1-0
İtaliya–Fransa 3-0
Yunanıstan–Nigeriya 4-2
Kolumbiya–Uruqvay 2-5
Qırğızıstan–Braziliya 0-5
Xorvatiya–İsveç 1-4