Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub.

Turnir İsveç Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilib.

Oxuməni.az xəbər verir ki, ötən gün yarışın final oyunu baş tutub.

16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən matçın sonunda Albaniya komandası 3-1 hesabı ilə qalib gəlib. 3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Uruqvaya 3-0 hesabı ilə qalib gəlib. Azərbaycan yığmasını turnirdə Florian, Omar. Rustam, Murad, Nicat, Tural, Toli, Vüsal, Haci və Kamaldan ibarət komanda təmsil edib. Komandamızı oyuna məşqçi Rufat Mirzoyev hazırlayıb.

Oyunun sonunda Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov və İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev qalib gələn Albaniya komandasına kuboku və xatirə medallarını təqdim edib.

Səfir Zaur Əhmədov finala çıxan Albaniya və Braziliya komandalarına gözəl və baxımlı oyunu nümayiş etdirdiklərinə görə minnətdarlığını ifadə edərək, “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin İsveçdə yaşayan bir çox ölkələrin idmansevərləri üçün maraq doğuran bir idman bayramına çevrildiyini bildirib.

Beləliklə, baş tutan turnirdə ikinci yerdə Braziliya, üçüncü yerdə isə İsveçdə yaşayan həmvətənlərimizdən ibarət Azərbaycan komandası qərarlaşıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az