"Formula 1": Fransa Qran-prisi də təxirə salındı

"Formula 1": Fransa Qran-prisi də təxirə salındı

"Formula 1" üzrə Fransa Qran-prisi təxirə salınıb.

Mediainfo.az-ın məlumatına görə, bu barədə "Formula 1"in rəsmi "Twitter" hesabı məlumat yayıb. Səbəb kimi yerli hökumətin ölkədə kütləvi idman yarışlarına qoyulan qadağa müddətini iyulun ortalarınadək uzatması göstərilib. Fransa Qran-prisi iyunun 28-nə nəzərdə tutulurdu.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az