ABŞ-ın Əfqanıstanı tərk etməsi bölgəyə sülh gətirəcəkmi?

ABŞ-ın Əfqanıstanı tərk etməsi bölgəyə sülh gətirəcəkmi?

ABŞ Müdafiə Nazirliyi Amerika qoşunlarının Əfqanıstan ərazisindən çıxarılmasının birinci mərhələsinin başa çatdığını təsdiqləyib. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffmanın qurumun saytında yerləşdirilmiş bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Əfqanıstanda öz kontingentini 8 600 nəfərə qədər azaltmağa və razılaşmada nəzərdə tutulduğu kimi, beş bazanı tərk etməyə razılıq verib. Biz bu öhdəliyi yerinə yetirməyə başlamışıq. ABŞ-ın Əvqanıstandan çıxaracağı kontingentinin sayı 8 500-ə yaxındır. Əvvəllər ABŞ hərbçilərinin tutduqları beş baza Əfqanıstandakı tərəfdaşlarımıza təhvil verilib", - deyə məlumatda bildirilir.

Daha əvvəl Tolonevs telekanalı Kabildə ABŞ-ın rəsmi nümayəndəsinə istinadən bildirib ki, amerikalılar Gilmend, Uruzqan, Paktika və Lağman əyalətlərində bazalarını tərk ediblər.

Pentaqonun bəyanatında qeyd edilir ki, Vaşinqtonun Əfqanıstanda ABŞ hərbçilərini müdafiə etmək imkanları qalmaqdadır.

"ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğunun prioriteti əvvəlkitək kontingentin sayı deyil, texniki imkanlarıdır. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı, həmçinin ABŞ -ın milli maraqlarını müdafiə etmək üçün bu imkanları və təsiri qoruyub saxlayırıq", - deyə sənəddə qeyd edilir.

Bununla yanaşı, hərbi nazirlikdə qeyd ediblər ki, Vaşinqton rəsmi Kabilin Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək.

"Biz bundan sonra da öz antiterror missiyamızı yerinə yetirəcəyik, eyni zamanda 38 dövlətin iştirak etdiyi təlim, məsləhətləşmə və yardım göstərilməsi üzrə" Qətiyyətli Dəstək" əməliyyatını həyata keçirərək və əfqan milli təhlükəsizlik qüvvələrinə ölkədə sülhün təmin olunması prosesində dəstək verəcəyik", — Hoffman bildirib.

O vurğulayıb ki, ABŞ Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı üzərinə əvvəllər götürdüyü öhdəliklərə əməl edir.

"Birləşmiş Ştatlar öz öhdəliklərini yerinə yetirir. Bütün tərəflər zorakılığın azaldılmasına kömək etməli və Əfqanıstanda razılaşdırılmış və uzunmüddətli sülhə nail olmağa imkan verəcək daxili danışıqlara başlamalıdırlar", — deyə Conatan Hoffman bildirib

Yeri gəlmişkən onu da xatırladaq ki, Hoffmanın bəyanatında qeyd etdiyi Saziş fevralın 29-da Qətərin paytaxtında əldə olunub. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, radikal "Taliban" hərəkatı tərəfindən isə Molla əbdül Qani Bardar imza atıblar.

Anlaşma şərtlərinə uyğun olaraq, Amerika Birləşmiş Ştatları və müttəfiqləri 14 ay ərzində Əfqanıstandan bütün qoşunları çıxarmağı öhdələrinə götürüblər. Bu öhdəliyin bir neçə mərhələdə həyata keçiriləcəyi ehtimal edilir.

Əvvəlcə ABŞ müqavilə imzalandıqdan 4,5 aydan gec olmayaraq, Əfqanıstanda dislokasiya Olunmuş Hərbçilərin sayını 8 600-ə qədər azaltmalı, həmçinin qoşunlarını beş hərbi bazadan çıxarmalıdır. Proporsional olaraq Vaşinqtonun müttəfiqləri də bölgədəki hərbi güclərini azaltmağı öhdələrinə götürürlər. Bu mərhələnin başa çatması böıgədə vəziyyətin sabitləşməsinə imkan verəcək digəraddımların da atılmasına imkan verəcək.

Növbəti addım koalisiyanın qalan qüvvələrinin Əfqanıstandan çıxarılması olmalıdır. Sazişdə bunun üçün 9,5 ay vaxt nəzərdə tutulub. Vaşinqton da "Taliban" ın üzvlərindən sanksiyaların aradan qaldırılacağına və onların BMT-nin sanksiya siyahısından çıxarılmasına kömək edəcəyinə söz verib.

Öz növbəsində, taliblər "Əl-Qaidə" və digər terrorçu qruplaşmalarla mübarizə aparmağı öhdələrinə götürüblər.

Əksər ekspertlərin fikrincə, ABŞ-ın Əfqanıstanı tərk etməsi Vaşinqtonun bu ölkədə siyasətinin iflasa uğradığını etiraf etməsi deməkdir.

Əslində həqiqətən də hadisələrin gedişi göstərir ki, ABŞ hərbçilərinin Əfqanıstan ərazisində mövcudluğunun nəticələri "acınacaqlı"olub.

Tərəflər arasında əldə edilən sazişin yerinə yetirilməsindən məqsəd isə Əfqanıstanın idarəetmə sisteminin tamamilə yenidən qurulması və qismən ərazi dezinteqrasiyasıdır. Aydındır ki, indi ABŞ üçün oradan getməyin əsl vaxtı çatıb. Əslində isə bütün bunlar Pentaqonun köhnə taktikasıdır. Amerikalı generallar uzun müddətdir bir strategiya hazırlamışlar: Onlar məğlub olduqlarını ört-basdır etmək vəbölgədən qalib kimi ayrıldıqlarını nümayiş etdirmək üçün hakimiyyəti yerli qüvvələrə verərk oranə tərk edirlər. Onlar üçün bundan sonra orada nələrin baş verə biləcəyi maraqlı da deyil.

ABŞ-ın başladığı bahalı müharibələri dayandırmaq 2016-cı ildə Donald Trampın seçki proqramının əsas bəndlərindən biri idi. Onun administrasiyası Əfqanıstanda sülh haqqında danışıqlara 2018-ci ilin oktyabrında başlaya bilib.

Anlaşma şərtlərinin reallaşdırılmasının başa çatması ABŞ-da yeni prezidentin seçiləcəyi dövrə təsadüf etməlidir. Rusiyalı politoloq Dmitri Yevstafyevin fikrincə, Tramp qarşıdan gələn seçkilərdə uduzsa belə, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması kursu dəyişməz qalacaq. Dmitri Yevstafyevin sözlərinə görə, Pentaqonun qoşunların sayını azaltmaq barədə bəyanatı göstərir ki, ABŞ-la "Taliban" arasında razılaşma ümumilikdə "hər iki tərəf tərəfindən əməl olunur"."ABŞ Əfqanıstandan çıxış yolunu çoxdan hazırlayırdı. Əslinə qalsa, taliblərlə aparılan bütün danışıqlar oradan təhlükəsiz getmək imkanı idi. Amerikanın Əfqanıstana hərbi müdaxiləsi tarixi başa çatır", - deyə analitik bildirir

Onu da deyək ki, tərəflər arasında məsələ ilə bağlı yekun sülh razılaşmasına yol asan olmayıb. Ekspertlər qeyd edirlər ki, "Taliban" ın üzvlərinin Amerika qoşunları ilə davam edən toqquşmaları üzündən danışıqlar prosesi dəfələrlə pozulub, amma nəticədə hər iki tərəf siyasi iradə nümayiş etdirə bilib.

Bütün bunlara baxmayaraq Əfqanıstanda müharibənin yaxın vaxtlarda başa çatacağını söyləmək olduqca çətindir. İstənilən halda hələlik əməliyyatın həyata keçirilməsi üçün təhlükələr qalmaqdadır.

Vəziyyətin gələcəkdə hansı istiqamət üzrə düyişəcəyini söyləmək mümkün olmasa da Pentaqonun qoşunların sayını azaltmaq barədə bəyanatı göstərir ki, ABŞ-la "Taliban" arasında razılaşma ümumilikdə "hər iki tərəf tərəfindən əməl olunur".

Lakin ortada digər bi fakt da var. Belə ki, Kabildə hökumət tamamilə amerikalılardan və müəyyən dərəcədə Aİ-dən asılıdır. Bu hökumət ABŞ-ın gedişindən sonra Taliban qarşısında çətin vəziyyətə düşəcək. ın biri-birlərinəı güzəştə gedə biləcəyi isə inandırıcı görünmür. Hadisələrin gedişi göstərir ki, taliblər Kabul hökuməti ilə kompromisə getmək niyyətində deyillər. Belə başa düşmək olar ki, ABŞ qoşunları Əfqanıstandan çıxarılandan sonra ölkə taliblərin nəzarətinə keçəcək. Eyni zamanda Əfqanıstanın etnik muxtariyyətə bölünmələrə məruz qalacağı da istisna edilmir. Amma məsələnin digər tərəfini də unutmaq olmaz. Belə ki, Əfqanıstnada silahlı qruplaşmalar arasında toqquşmlar davam edəcəyi təqdirdə ABŞ bundan istifadə edərək yenidən bölgəyə hərbi qüvvə yeritmək imkanı əldə edəcək. Məsələnin bu tərəfinə diqqəti cəlb edən bəzi beynəlxalq müşahidəçilər belə hesab edirlər ki, Qərb koalisiyasının yaxın zamanlarda Əfqanıstanı tamamilə tərk etməyə hazırlaşdığı inandırıcı deyil və bütün bunlar yalnız oyundur.

Bununla yanaşı, heç kəsə sir deyil ki, indi Əfqanıstanın gələcəyi taliblərdən asılıdır. Xüsusilə, onların öz legitimliklərini beynəlxalq səviyyədə necə həyata keçirmək niyyətində olduqları mühüm məsələdir.

"Dünya birliyi "Taliban"ı tanımazdan əvvəl yüz dəfə düşünəcək. Bu təşkilat Rusiya da daxil olmaqla bir çox ölkələrdə terrorçu təşkilatlar siyahısına daxil edilib. Eyni zamanda, Aİ taliblərlə hər hansı əlaqələr qurmağa tələsməyəcəyi də öncədən aydındır.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.10

2020.08.09

2020.08.08

2020.08.07

Sabahın hava proqnozu Sabahın hava proqnozu 7 Avqust 14:47

2020.08.06

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az