Donald Tramp tədricən rəqibi Co Baydeni küncə sıxışdırır

Donald Tramp tədricən rəqibi Co Baydeni küncə sıxışdırır

Son bir neçə ay ərzində ABŞ prezidenti Donald Trampın reytinqi əhəmiyyətli dərəcədə artıb. Avqustun 12-dən 15-dək CNN teleşirkətinin sifarişi ilə SSRS Xidməti tərəfindən keçirilmiş sosial sorğunun dərc olunmuş nəticələri də bunu göstərir.

Bu məlumata görə, ABŞ-da seçkilər indi baş tutsaydı, onda Bayden və senator Kamal Harris vitse-prezident qismində səslərin 50, Tramp və hazırkı vitse-prezident Maykl Pens isə 46 faizini alacaqdı.

SSRS analitik şirkətinin CNN-nin sifarişi ilə keçirdiyi yeni rəy sorğusunun nəticələrinə görə, iyun ayından etibarən Co Bayden və Donald Trampın arasında səs faizi əhəmiyyətli dərəcədə azalıb.
İyunun 2-dən 5-dək keçirilmiş analoji sorğusu göstərdi ki, Baydenə seçicilərin 55, Trampa isə 41 faizi səs verməyə hazırdır.

CNN qeyd edir ki, səsvermənin nəticələri seçkilərin nəticələrinə daha çox təsir göstərə biləcək. Hazırda Baydenin reytinqi indi orta hesabla 49%, Tramp isə 48% təşkil edir.

Bundan başqa, telekanalın məlumatına görə, iyun ayından Tramp partiyadaşlarını öz ətrafında daha sıx birləşdirməyə nail olub. Əgər təxminən iki ay əvvəl Demokrat Baydenə respublikaçıların və ya müstəqil seçicilərin 8%-i dəstək verirdisə, indi bu rəqəm cəmi 4% təşkil edir.

RealClearPolitics sosioloji sorğu mərkəsinin məlumatları da Trampın həqiqətən də tədricən rəqibi ilə üz-üzə qaldığını göstərir. Belə ki, avqustun 17-nə olan vəziyyətə görə, Baydenin lehinə 50,2%, Trampın lehinə isə respondentlərin 42,5%-i səs verərdi. Bir ay əvvəl bu göstəricilər müvafiq olaraq 48,7% və 40,1% səviyyəsində idi.
Politoloqların fikrincə, son zamanlar Trampın reytinqləri həqiqətən layiqli şəkildə artıb

Bu, ilk növbədə, ABŞ-da etiraz dalğasının, demək olar ki, heçə enməsi ilə bağlıdır. İyun ayında rəy sorğularına görə, Tramp Baydendən 12-14 faiz geridə idi. İndi isə onlar arasında bu fərq 4 faizə enib. 2016-cı ildə seçkilərdən bir neçə ay əvvəl təxminən eyni fərq Tramp və Klinton arasında idi. Amma bu cüzi fərq Trampun prezident seçilməsinə mane olmadı.

Trampın xeyrinə işləyən başqa bir amil nəzərə çarpacaq dərəcədə bərpa olunmağa başlayan iqtisadiyyatdır.
Hazırda ABŞ-da sənaye artımı böhrandan əvvəlki səviyyəyə qayıdır, işsizlik 10%-ə düşüb ki, bu da çox, önəmlidir. Bütövlükdə isə bu iqtisadi böhranın sona çatmasının uzaqda olmadığını göstərir. Trampın reytinqində pandemiya fonunda əhaliyə dəstək proqramının uzadılmasına dair Konqresindən kənar tədbirlərin tətbiqi də müsbət təsir göstərib. Seçicilər başa düşürlər ki, Tramp müvafiq sənədləri imzalamasaydı, artıq onlara heç bir dəstək olmayacaqdı.

Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının (REA) ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev Trampın beynəlxalq və daxili arenada fəallığının seçicilərin gözlərində onun daha üstün namizəd kimi müsbət imic formalaşdırdığını deyib. Bununla yanaşı, analitiklər Baydenin reytinqinin aşağı düşməsini San-Fransisko şəhərində sabiq Prokurorluğun və Kaliforniya ştatından senator Kamal Harrisin Birləşmiş Ştatların vitse-prezidenti postuna namizəd kimi irəli sürməsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, ötən il Harris Demokratlar partiyasından seçkilərdə namizədliyini irəli sürüb. O, Co Baydenin ünvanına sərt tənqidlər səsləndirib. Bu hücumlara Bayden tam cavab verə bilmədi. Yalnız müzakirələrdən sonra o, Harrisin ittihamlarını qəti şəkildə rədd edərək qeyd etdi ki, keçmişlə bağlı diskussiya aparmaq lazım deyil.
Dekabr ayında Harris seçkiqabağı yarışdan çıxıb, bunu kampaniyasının müşayiət etdiyi maliyyə çətinlikləri ilə izah edib.

Donald Tramp məsələyə reaksiya verib. Tramp avqustun 11-də keçirilən mətbuat konfransında Harrisin Baydenə qarşı hörmətsiz davrandığını və onun haqqında "dəhşətli şeylər" dediyini də söyləyib.
2019-cu ilin iyununda keçirilən Dempartiyadan olan namizədlər arasında ilk debatlar zamanı Harris Baydeni irqi segregasiya üçün çıxış edənlər ilə əməkdaşlıqda ittiham edib.
Demokratlar böhrandan çıxmaq və pandemiyaya qarşı mübarizə məsələləri üzrə respublikaçılarla əməkdaşlıqdan imtina ediblər.
Bundan başqa, bir çox seçicilər demokratlardan nə gözləməli olduqlarını anlamırlar, çünki indi onlardan yalnız antitramp şüarları səslənir. Onların məqsədi nəyin bahasına olursa-olsun, hazırkı prezidenti Ağ Evdən qovmaqdır.
Seçkidən sonra Demokratlar Partiyası üzvlərinin qələbə qazanacağı təqdirdə, onların ölkəni böhrandan çıxarmaq üçün dəqiq planı yoxdur. Sahibkarlar etirazları dəstəkləyən demokratlardan qorxmağa başlayıblar. Çünki onlar ABŞ-ın xaosa sürüklənəcəyi və biznes, ev sahibləri maraqlarını müdafiə etməyəcək vəziyyət yarada bilərlər.

Nəhayət, Ağ Ev başçısının reytinqi Demokratik və Respublika partiyalarının qurultaylarının necə keçiriləcəyindən çox asılı olacaq. Bununla yanaşı, ekspertlər yekdil fikirdədirlər ki, seçicilər qarşıdakı seçki prosesinin nəticəsini dəqiq proqnozlaşdıra bilmir. Faktiki olaraq hadisələrin gedişi göstərir ki, Baydenın seçkilərdə qələbəsi Qərb dövlətləri, o cümlədən Çin və İran, Trampın prezident kürsüsünü yenidən qoruyub saxlaya bilməsi isə Rusiya üçün daha məqsədəuyğun hesab edilir.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az