Sergey Lavrov Rusiya-Azərbaycan və Rusiya-Türkiyə düşmənçiliyini qızışdırır

Sergey Lavrov Rusiya-Azərbaycan və Rusiya-Türkiyə düşmənçiliyini qızışdırır

Son günlər Ermənistana Rusiyadan silah göndərilməsi ən yüksək həddə çatıb. Ermənistana son dəfə belə böyük məbləğdə silah verilməsi 1994-1996-cı illərdə baş vermişdi. O vaxt baş nazir Çernomırdinin imzası və prezident Yeltsinin razılığı ilə Ermənistana 1,5 milyard dollar (indiki qiymətlərlə 12-15 milyard dollar) silah hədiyyə edilmişdi. Azərbaycanın buna etirazından sonra məsələni araşdırmaq üçün Rusiya-Azərbaycan komissiyası yaradılmışdı. Lakin bu komissiya məsələ ilə bağlı hər hansı qərar qəbul etmədi. Bununla bağlı məsələni Rusiya Dövlət Dumasında qaldıran və buna görə prezident Yeltsini və Baş nazir Çernomırdini sərt şəkildə tənqid edən general Lebed isə müəmmalı şəkildə qətlə yetirildi. İndi də oxşar hadisələr təkrarlanmaqdadır. Əgər 1994-1996-cı illərdə Ermənistana silah verilməsinin təşəbbüskarı Rusiya Müdafiə naziri, anası erməni olan general Pavel Qraçev idisə, indi həmin rolda anası rus, atası erməni olan Sergey Lavrov çıxış edir.

1994-1996-cı illərdə Ermənistana Rusiya silahının göndərilməsinin təşəbbüskarı, anası erməni olan Rusiya Müdafiə naziri Pavel Qraçev

Bəzi məlumatlara görə, Ermənistana olduqca böyük həcmdə Rusiya silahının göndərilməsi Sergey Lavrovun şəxsi təşəbbüsü ilə baş verib. Onun məsələ ilə bağlı Vladimir Putini Türkiyə-Azərbaycan təhlükəsi barədə inandırmasından sonra Kremldə Ermənistana əlavə silah göndərilməsi barədə qərar qəbul edildiyi ehtimal edilir. Sergey Lavrovun Kremldə Türkiyə, həmçinin Azərbaycan əleyhinə düşmənçiliyi qızışdırdığı barədə müxtəlif ehtimallar da dolaşmaqdadır. Bu günlərdə Moskvada PKK nümayəndə heyəti ilə görüşün də təşəbbüskarının Sergey Lavrov olduğu aydın hiss edilir. Siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə, Lavrov Rusiyada yüksək vəzifədə qalmaqda davam edəcəyi təqdirdə Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma və Qarabağ münaqişəsinin həlli cəhdləri iflasa uğrayacaq. Sergey Lavrovun həmçinin Azərbaycan-Ermənistan münaqişəsinin həllinə imkan verməyəcəyi də şübhə doğurmur. Sergey Lavrovun Putinin yerinə prezident seçilmək istəyində olduğu və bu məqsədlə ətarfında ermənipərəst yüksək səviyyəli Rusiya rəsmilərindən ibarət komanda formalaşdırdığı da iddia edilir...

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az