Avropa Rusiya ilə dialoqdan imtina etməlidir

Avropa Rusiya ilə dialoqdan imtina etməlidir

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi faktı məlum olduqdan sonra Qərblə Moskva arasında yeni gərginlik əmələ gəlməkdədir. Məsələyə münasibət bildirən Polşanın Baş naziri Mateuş Moravetski deyib ki, Avropa Rusiya hakimiyyətinin düşmənçiliyini dərk etməlidir və artıq Moskvaya qarşı "dialoq", "tərəfdaşlıq" və "kompromis" sözlərindən istifadə etməməlidir. Bunu müxalifətçi Aleksey Navalnının "Noviçy" qrupuna məxsus maddə ilə zəhərləndiyi barədə məlumatı şərh edən Polşanın Baş naziri Mateuş Moravetski:
"Gürcüstan -2008, Krım və Donbass - 2014, MTN17, Solsberi - 2018, Berlin - 2019, Navalnı-2020 " zəhərlənmələri Qərb və Moskva arasındakı münasibətlərdə ağrılı nöqtələrdir. "Düşmən rejimi ilə məşğul olduğumuzu nəhayət başa düşmək üçün daha nə qədər vicdanlı insanı Moskva zəhərləyərək öldürməlidir?" - deyib. “Dialoq, tərəfdaşlıq, kompromis Rusiya hakimiyyəti üçün yad sözlərdir. Artıq vaxt çatıb, nəticə çıxarmalıdır", - deyə o əlavə edib.

"Bizə ümumavropa cavabı lazımdır", - deyə ölkədə hakim koalisiyanın üzvü, Almaniyanın beynəlxalq məsələlər üzrə parlament komitəsinin rəhbəri Norbert Rettgen bu fikirlə razılaşıb. O, Avropanı Moskvaya münasibətdə siyasi cəhətdən sərt davranmağa və Putinə onun başa düşdüyü dildə cavab verməyə çağırıb.
Rusiyaya qonşu Litva hakimiyyəti isə bu məsələni Aİ-nin növbəti sammitində qaldıracağını vəd edib. Ümumiyyətlə, əksər Avropa ölkələri hələlik daha təmkinli mövqe tutur, Moskvanı hadisənin araşdırılmasına çağırırlar.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger də eyni mövqedən çıxış edib. Onun sözlərinə görə, Şərq ilə Qərb arasında divar çəkmək lazım deyil. "Əgər biz tərəfdaşlarımızla birlikdə Moskvaya dəqiq siqnal göndərmək istəyiriksə, onda iqtisadi münasibətlər, o cümlədən "Şimal Axını-2" (qaz kəməri) gündəliyə çıxarılmalıdır", - deyə cənab İşinger bildirib.
Kremlin ünvanına ittihamlar ABŞ prezidenti Donald Trampdan deyil, 2020 seçkilərində onun demokratik rəqibindən - Co Baydendən də gəlib. "Kreml siyasi rəqibə ağzını bağlamaq üçün sevimli silahı - "novice" sinfindən olan kimyəvi zəhərdən istifadə edib", - deyə cənab Bayden bildirib. O deyib ki, Ağ Evin hazırkı rəhbərinin susması onu nüfuzdan salır. "Prezident olduqdan sonra Donald Tramp kimi hərəkət etməyəcəyəm. Putinin rejimini cinayətlərə görə cavab verməyə məcbur etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyəm", - deyə siyasətçi bildirib.
Bununla yanaşı, Rusiya hakimiyyəti Aleksey Navalnı ilə baş verənləri tamamilə fərqli bir şəkildə izah edirlər.

Rusiya hökuməti isə deyəsən, müdafiə xəttini qəti şəkildə işləyib: onlar iddia edirlər ki, söhbət "yaxşı düşünülmüş təxribatdan" gedir.
"Bütün bunlar yaxşı düşünülmüş təxribata çox bənzəyir. Hər dəfə avropalılarla daha konstruktiv münasibətlər qurmaq imkanını görmək üçün bəzi əsasımız yarananda bu işi parçalayan hadisələr meydana çıxır. Eyni hal indi də baş verib", - deyə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin jurnalistlərə bildirib.
"Baş verənlər getdikcə daha çox sübut edir ki, bu, Rusiyaya qarşı planlaşdırılmış tədbirdir və nəticədə yeni sanksiyalar tətbiq etmək və ölkəmizin inkişafını ləngitməyə cəhd etməkdir", - deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin onunla razılaşıb. O qeyd edib ki, "Avropa İttifaqı, NATO dövlətləri Rusiyanın iqtisadiyyatının ildən-ilə möhkəmləndiyini, onun dünya proseslərinə təsirini artırdığını" həzm edə bilmir.

Bütün hallarda hadisələrin gedişi göstərir ki, Putin administrasiyası növbəti dəfə öz rəqibinə qarşı kimyəvi zəhərdən istifadə edib. Bütün bunlar isə Rusiya hakimiyyətinə beynəlxalq aləmdə olan etimadın daha da itməsinə gətirib çıxarmaqdadır.

Emin Axund

Mediainfo.az

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az