Ekvador şəhərlərinin küçələrində cəsədlər yerdə qalır: ölkə koronavirus epidemiyasına hazır deyildi

Ekvador şəhərlərinin küçələrində cəsədlər yerdə qalır: ölkə koronavirus epidemiyasına hazır deyildi

Ekvador koronavirus epidemiyasına hazır deyildi: Xəstəxanalar infeksiya ocaqlarına çevrildi, meyitxanalar və dəfn büroları dəfələrlə ölənlərin sayının artması ilə əlaqədar öhdəsindən gələ bilmədilər. Ən yaxşı halda, ölənlər banan və karides üçün hazırlanan karton qutularda dəfn edilir, ən pis halda - ölənlərin cəsədləri kağız vərəqələrlə örtülmüş və ya plastik torbalara bükülmüş vəziyyətdə həyətlərdə və küçələrdə günəşin 30 dərəcə istisi altında qalaraq parçalanırdı. İnsanlar ümidsizlikdən hakimiyyətdən kömək istəyirdilər, amma dövlət məmurlar heç bir kömək edə bilmir və etiraf edirdilər ki, gələcəkdə vəziyyət daha da pisləşəcək.

“Sakit okean incisi” üçün karton tabutlar

Latın Amerikasında koronavirusun yayılmasının əsas episentri “Sakit okean incisi” adlanan və Ekvadorun ən böyük metropolislərindən sayılan 2,7 milyon əhalisi və liman şəhəri olan Quayakuil oldu. Rəsmi olaraq, ölkədə 7,6 min insan koronavirusa yoluxmuş, təxminən 370 nəfər ölüb və hadisələrin 70 faizi Quayakuilin payına düşüb. Ancaq bu rəqəmlərə az adam inanır. Hətta Ekvador Prezidenti Lenin Moreno xəstələrə dəfələrlə xəbərdarlıq edərək bildirmişdir ki, ölkədə COVİD-19-u müəyyən etmək üçün kifayət qədər test yoxdur. Ekspertlər əsas zərbənin Quayakilin niyə öz üzərinə götürdüyü barədə mübahisə edirlər. Bir çoxları hesab edir ki, hakimiyyət lazımi tədbirləri çox gec gördü. Sonradan Ekvadorun paytaxtı Kito şəhərində merin Fərmanı ilə ictimai nəqliyyatın hərəkəti dərhal dayandırıldı, işə çıxmaq qadağan edildi və insanların evdə oturmasını xahiş etdilər. Guayaquildə hər şey fərqli idi. Bələdiyyə Başçısı və yerli hakimiyyət nümayəndələri özləri koronavirusa yoluxduqları üçün işlərini normal yerinə yetirə bilmədilər.

Cənubi Amerika ölkəsi koronavirus epidemiyasını necə yaşayır?

Ölkəyə koronovirusu sevgililər günü İspaniyadan məzuniyyətdən qayıdan 71 yaşlı ekvadorlu gətirmiş və həmin şəxs martın 13-də ölmüşdür. Bu vaxt Quayakuilə Avropada təhsil alan ekvadorlu tələbələr gəlməyə macal tapmışdılar. Onlar AB ölkələrində COVİD-19-a yoluxmadan qorxaraq vətənlərinə gəlməyə tələsirdilər. Ekvador Hökuməti karantin tətbiq etdi və digər ölkələrlə sərhədləri bağladı. Lakin, yerli səhiyyə sistemi, bütün dünyada olduğu kimi, pandemiyaya hazır deyildi. Bir neçə gün ərzində xəstəxanalar doldu. Bununla yanaşı, Ekvadorda, əgər xəstə xəstəxanada yatırsa-özəl və ya dövlət əhəmiyyətli deyil-ailə ona kömək etməlidir. Özəl klinikalarda pasiyentin yaxınları üçün xüsusi palatalar quraşdırılmışdır ki, onlar gecə də xəstənin çarpayısının yanında növbə çəkə bilsinlər. Nəticədə, özünü təcrid etmək əvəzinə, xəstəxanalarda xəstəyə qayğı göstərən və qara bazarda onlara dərman axtaran qohumları infeksiyaya yoluxurdular . Bu da virusun sürətlə yayılması üçün əlverişli mühit yaratdı. Nəticədə, insanlar koronavirus və respirator infeksiyalarından kütləvi şəkildə ölməyə başladılar.

İnsanlar tibbi maskalar və dezinfeksiya vasitələri almaq üçün Guayaquil şəhərindəki əczaxanalaırın qarşısına kütlə halında axışırdılar. Morqlar ölənlərin sayının həddən ziyadə artdığına görə işlərini dayandırdılar və mərasim xidmətləri müəssisələrinin əməkdaşları infeksiyaya yoluxmaqdan qorxaraq işdən imtina etdilər. Cəsədləri götürmək üçün heç bir yer yox idi və əksəriyyəti infeksiyadan qorxaraq, meyitləri küçəyə çıxarırdı. Ekvadorlardan bəziləri cəsədləri yolun düz ortasında yandırır, ya da yaxın boşluqda basdırırdılar. Meyitinə yer tapmayan kimsə isə onu evdən çıxarıb, sadəcə, başqa bir rayonda yer tapıb ora atırdı. Aprel ayının əvvəlində hakimiyyət küçələri ölülərdən təmizləmək üçün hərbi şəhərciyi qəbul məntəqəsi etdi. Lakin bir gün ərzində hərbi şəhərcik 150-dən çox cəsəd ala bilirdi, halbuki prefekturada hər gün müxtəlif səbəblərdən 500-ə yaxın ölüm şəhadətnaməsi verilirdi. İnsanlar daha bir problemlə üzləşdilər: ölkədə tabutlar çatışmır, satışa məhdud sayda daxil olanları isə almağa çoxlarının imkanı olmurdu. Ən sadə tabut 400 dollara, digərləri isə 1500 dollara başa gəlirdi. Nəticədə, cənazə büroları ölənlərin doğmalarına onları banan yığılan karton qutularına qoymağı təklif etdilər. Tabut hazırlayanlar bu çatışmamazlıqda günorta saat 14:00-dan səhər saat 05:00-a qədər fəaliyyət göstərən komendant saatını, həmçinin xammalın-ağac və metal çatışmazlığını əsas gətirirdilər. Hakimiyyət isə insanları evdə oturmağa məcbur edirdi. Belə bir vəziyyətdə karantini pozan vətəndaşa ilk dəfə 100 dollar, ikinci dəfə 400 dollar cərimə yazılır və sonra həbsxanaya salmaqla təhdid edilirdi.

Buradakı hadisələr dəhşətli və qorxu filmindən daha pisdir

İmkanlı ekvadorlar özlərini təcrid edir, yoxsullarda isə pul və qida olmadığı üçün işləmək məcburiyyətində qaldıqlarından yoluxma riski çoxalırdı. Böhran fonunda ərzaq mallarının da qiymətləri artırdı. Bir neçə həftə əvvəl bir dollara təxminən 2,5 kiloqram kartof alınırdısa, indi-yalnız yarım kilo almaq mümkün idi. Əhalini birtəhər dəstəkləmək və insanları evdə qalmağa məcbur etmək üçün hökumət işçilərə 60 dollar ödəməyə qərar verdi. Bir çoxları isə etiraf edirlər ki, bu, adətən, bir ay ərzində qazandıqlarının dörddə bir hissəsidir. Eyni zamanda belə bir tədbir yoluxmuşların sayının kəskin artmasına gətirib çıxardı. Çünki bir çox ekvadorlularda bank kartları yox idi və nəticədə yüzlərlə insan eyni zamanda banklara üz tutub nağd pul almağa çalışırdı.

Əvvəlcə hakimiyyət bəyan edirdi ki, insanların sosial şəbəkələrdə yaydıqları bütün fotoşəkillər və jurnalistlərin pandemiya haqqında yazdıqları yalandır. Lakin sonradan onlar etiraf etdilər ki, xəstələnənlərin sayı sürətlə artır. Prezident koronavirusla mübarizə üzrə bütün vəzifələri vitse-prezidentin üzərinə qoydu. Ölkədə pandemiya başlayan kimi səhiyyə naziri istefa verdi, çünki hökumət koronavirusla mübarizə üçün pul ayırmaqdan imtina etdi. Hökumət artıq COVİD-19-a yoluxmuş insanları xilas etmək üçün deyil, cəsədləri küçələrdən necə çıxarmaq barədə daha çox narahatçılıq keçirirdi.

Koronavirus ilə uğurlu mübarizə Çinin ABŞ-ı məğlub etməsinə və yeni dünya lideri olmasına necə kömək edəcək

İndi ekspertlər hesab edirlər ki, COVİD-19 Latın Amerikası ölkələrində möhkəmlənməyə davam edəcək, çünki bu regionda kifayət qədər zəif səhiyyə sistemi, tibbi avadanlıq çatışmır, koronavirusun aşkar edilməsi üçün testlər, yoluxmuş pasiyentləri təcrid etmək imkanları məhduddur.

Ekvador Prezidenti Lenin Moreno artıq vətəndaşları ağır günlərə hazırlaşmağa çağırıb: Quayakuildə 3,5 min yerlik pandemiya qurbanları üçün yeni qəbiristanlıq açılacaq. Ölkənin müxtəlif bölgələrindən cəsədləri saxlaya biləcək soyuducu kameralarla olan yük maşınları buraya gətirilir.

Amma nikbin proqnozlar da var. Məhz Quayakilin koronavirusun yayılmasının episentri olduğunu, şəhərin hüdudlarından kənarda isə o qədər də çox yoluxmuş olmadığını nəzərə alsaq, Ekvador Hökuməti pandemiyaya qarşı mübarizəyə bütün gücünü ata və onun kökünü boğa bilər. Yaxın zamanlarda orada min beş yüz yerlik yeni xəstəxana hazırlanmalıdır.

İsa Rəvan

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.06.05

2020.06.04

BMT-dən Trampa BMT-dən Trampa 4 İyun 09:52

2020.06.03

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az