Warning: opendir(/home/mediainfoaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/mediainfoaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Çin Avropa İttifaqı üçün həm tərəfdaş, həm də rəqibdir

Çin Avropa İttifaqı üçün həm tərəfdaş, həm də rəqibdir

Çin Avropa İttifaqı üçün həm tərəfdaş, həm də rəqibdir

Çinlə Avropa İttifaqı arasında münasibətlərdə şəffaflıq, inam qarşılıqlı anlaşma əsas şərtlərdəndir.

Son bir neçə ildə Aİ-nin Çinlə münasibətləri dünyada baş verən müxtəlif hadisələrin təsiri altında özünəməxsus şəkildə dəyişməyə başlamışdı. İndi də Çin-Avropa İttifaqı münasibətlərindəki dəyişikliklərin gedişinə koronavirusun yaratdığı böhran təsir göstərir. Əslində ikitərəfli, iqtisadi əməkdaşlığa diqqət yetirməklə Aİ-Çin münasibətləri qlobal tərəfdaşlığa çevrilib. Ümumilikdə, Aİ-nin Çinə qarşı mövqeyi daha realist və qətiyyətli olub. Eyni zamanda, Aİ Asiyanın digər ən vacib tərəfdaş ölkələri ilə də əməkdaşlığı gücləndirir. Xüsusi ilə Yaponiya, Cənubi Koreya, Hindistanla münasibətlərdə yeni bir inkişaf mərhələsinin başladığı özünü göstərməkdədir. Çin isə öz növbəsində Aİ-yə münasibətdə geosiyasi nəticələri olan və həqiqətən də təsirli siyasət həyata keçirir. Aİ-nin Çinlə münasibətləri o qədər çoxşaxəlidir ki, onları hansısa sadə prizmadan nəzərdən keçirmək olmaz.

2019-cu ildə tərəflər arasında gündəmə gətirilən və Aİ-yə üzv olan bütün ölkələrin dəstəyini almış "Aİ-Çin münasibətlərinin inkişafının strateji perspektivləri" ndə qeyd edilir ki, Çin eyni zamanda Avropa İttifaqı üçün qarşılıqlı əməkdaşlığın hər iki tərəfin maraqlarına cavab verən tərəfdaşdır. Avropa İttifaqı həm də bu müstəvidə balanslaşdırılmış maraqların təmin edilməsi yolunu tapmalıdır. Bu maraqlara iqtisadi rəqabət və texnoloji sahədə liderliyə can atan ölkə ilə düşünülmüş bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi daxildir. Bu elementlər həmçinin qarşılıqı şəkildə siyasi münasibətlərdə də özünü göstərməlidir.

Onu da deyək ki, Çin də daxil olmaqla fövqəldövlətlərlə əməkdaşlığa vahid Avropa yanaşmasının hazırlanması heç vaxt sadə məsələ olmayıb. Çünki məsələyə münasibətdə Aİ-nin hər bir ölkəsinin öz mövqeyi, siyasi, iqtisadi və incə maraqları var. Bundan başqa, Çinin özü bəzən Avropa İttifaqı üzvləri arasında olan bu fikir ayrılıqlarından mümkün qədər öz maraqlarının təmin edilməsində istifadə etməyə çalışır. Ancaq təbiidir ki, Aİ-yə üzv ölkələr arasında lazımi kollektiv intizamı saxlamaq avropalıların öz işidir. Birlik nüfuzun rəhnidir, axı Aİ-nin ən iri ölkələri belə təkbaşına fövqəldövlətlərə təsir göstərə bilmirlər. Lakin o da aydındır ki, teni

koronavirusun yayılması ilə Aİ-Çin münasibətlərində dəyişikliklər tempi daha da sürətləndi.

Bu mərhələdə Aİ-Çin münasibətləri qarşılıqlı imtahanı və əməkdaşlıq sınağını xatırladan bir neçə müxtəlif mərhələdən keçdi. Başlanğıcda, Çin xəstəxanaları xəstələrin axını ilə dolduğu və bundan dolayı çətin günlər yaşadığı zaman Avropa İttifaqı səssizcə, reklam edilməyən dəstək təklif etdi. Sonra Avropa özü pandemiyanın mərkəzinə çevriləndə Çin böyük həcmdə Aİ dövlətlərinə tibbi avadanlıq göndərməyə başladı və bunu bütün dünyaya bəyan edərək özünün simasında səmimi, xeyirxah ölkə imici formalaşdırmağa başladı. Ancaq Avropada belə hesab etdilər ki, əsas məsələ qarşılıqlı tibbi yardımların hansısa məqamda qabardılması və ondan müxtəlif məqsədlər üçün istifadə edilməsi deyil, çətin məqamlarda biri-birlərinə dəstək verilməsidir. Əlbəttə, Avropa yenə də Çinlə müqayisədə qarşılıqlı tibbi yardımların siyasiləşdirilməsini önə çıxarmadı və buna elə də ciddi ehtiyac duymadığını nümayiş etdirdi.

Koronavirus infeksiyasından doğan qlobal böhrana hərtərəfli reaksiya verilməsi əslində ən doğru yol seçimi anlamına gəlir.

Aydındır ki, bu böhranın həlli üçün bütün istiqamətlər üzrə çoxşaxəli tədbirlər görülməlidir. İlk növbədə virusun yayılmasının məhdudlaşdırılması, müalicə və vaksinlərin sxemlərinin tədqiqatlarının fəallaşdırılması, inkişaf etməkdə olan ölkələrdə epidemiyanın nəticələrinə qarşı mübarizə, həmçinin iqtisadiyyatın bərpası üzrə işlərinin aparılması qlobal əhəmiyyət daşıyır. Ona görə də Avropa İttifaqına üzv ölkələrdə ümid edirlər ki, Çin bütün bu təşəbbüslərdə, özünün dünya arenasındakı çəkisi və öhdəliklərini nəzərə alaraq, tam şəkildə önəmli rol oynaya biləcək.

\

Belə ki, həm Aİ, həm də Çin pandemiyaya qarşı mübarizədə Afrikanın və dünyanın digər hissələrinin həssas ölkələrinə kömək etməkdə maraqlıdırlar. Avropa İttifaqı səviyyəsində Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Aİ ölkələri ilə birlikdə mövcud epidemioloji vəziyyətin və onun uzunmüddətli nəticələrinin aradan qaldırılmasında tərəfdaşlarına kömək etmək üçün 20 milyard avro məbləğində ayırıb. Eyni zamanda Avropa İttifaqında başa düşürlər ki, gələcəkdə maliyyə yardımı göstərilən ölkələrin maddi durumunun ağır olması səbəbindən borcun əhəmiyyətli dərəcədə silinməsi lazım gələcək. Bu borcun silinməsi zamanı isə Çin də onun müəyyən hissəsini öz üzərinə götürə bilər. Ona görə də Aİ üzvü ölkələr indidən Çini bu məsələdə öz rolunu oynamağa çağırır. Aİ və Çin üçün bu istiqamətdə konkret birgə iş xətləri müəyyənləşdirə bilsə hər iki tərəf bundan məmnun qalacaq.

Aİ-Çin münasibətlərində daha bir aydın ümumi prioritet isə yaşıl bərpa strategiyasının müəyyənləşdirilməsi, ekoloji enerji mənbələrinə keçidin sürətləndirilməsi və Paris razılaşması çərçivəsində iqlim dəyişikliyinə qarşı öhdəliklərin yerinə yetirilməsi üçün təcili yardım paketlərindən istifadə edilməsidir. Bundan başqa, gələcəkdə pandemiyalardan daha effektiv müdafiəni təmin etmək üçün bugünkü böhranın ilkin səbəblərinin hərtərəfli, müstəqil elmi təhlili aparılmalıdır.

İkitərəfli əlaqələr sahəsində Aİ ilə Çin arasında hərtərəfli investisiya razılaşması haqqında çoxdan aparılan danışıqların uğurla başa çatması hər iki tərəfin ümumi qaydalar əsasında iqtisadi tərəfdaşlıq qurmaq əzmində olmasının mühüm siqnalı olardı. Eyni şəkildə, Çinin sənaye subsidiyalarına və texnologiyanın məcburi köçürülməsinə dair öhdəliklərinə riayət etməsinin monitorinqini keçirmək lazımdır.

Aİ və Çin tez-tez münasibətlərin çoxtərəfli qaydada təşviq edilməsinə və BMT sistemini dəstəkləməyə hazır olduqlarını bəyan edirlər. Lakin tərəflər arasında müəyyən məsələlərə münasibətdə fikir ayrılıqları da özünü göstərməkdədir. Xüsusi ilə insan hüquqlarının müdafiəsi sahəsində Çində olan ağır vəziyyət Avropa tərəfindən kəskin şəkildə tənqid atəşinə məruz qalır. Çinin bundan əlavə BMT-nin Dəniz hüququ Konvensiyasını kobud şəkildə tapdalayaraq Cənubi Çin dənizində gərginliyə səbəb olması da Avropada narazılıqlarla qarşılanır.

Kibertexnologiya sahəsində hər iki tərəf çoxtərəfli yanaşmanın zəruriliyindən danışır. Lakin Aİ-nin qarşılıqlı əməkdaşlıqda insan hüquq və azadlıqlarına əməl edilməsini önə çıxarmasına Çin etiraz edir və bununla hesablaşmadığını nümayiş etdirir. Çin Ümumdünya Ticarət təşkilatını onun hazırkı formada mövcudluğunu, o cümlədən davam etməkdə olan mübahisələrin həlli sistemini formal olaraq dəstəkləyir və müdafiə edir. Lakin Çin praktikada bu qədər zəruri olan əhəmiyyətli islahatları həyata keçirməyə az hazır olduğunu göstərir.

Belə bir vəziyyətdə Avropa Çininin insan hüquqlarına əməl etməməsinə qarşı ciddi bir təzyiq vasitəsini ortaya qoya bilmir. Çünki qarşılıqlı münasibətlərdə qarşıdurmaq Avropaya yaxşı heş nə vəd etmir. Ona görə də Avropa insan hüquqlarının tapdalanması sahəsində Çinə münasibətdə sərt addımlar atmaqdan çəkinir və bunun mənasız olduğunu anlayır. Bu baxımdan panepidemiya göstərdi ki, beynəlxalq aləmdə qlobal təhlükələrə qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil və bu məsələdə tərəflər birgə hərəkət etməlidirlər. Konkret olaraq Avropa İttifaqı-Çin münasibətlərinin gələcəyinə gəlncə bu məsələdə hər şey panepidemiyadan sonra dünyanın siyasi gələcəyinin hansı inkişaf yolunu seçməsindən asılı olacaq.

Emin Axund

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.04

2020.07.03

2020.07.02

2020.07.01

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az