İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları

İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları

Azərbaycan xalqının tarixinə qızılı hərflərlə yazılan İkinci Qarabağ savaşında əldə edilən zəfər min illər bundan sonra daqürur və şərəflə anılacaq. Bu qələbədə vətən uğrunda düşmən üzərinə şir kimi gedən əsgər və zabitlərimizin qeyri-adi qəhrəmanlıqları dünyanı belə heyrətə salmışdı. Təbii ki düşmən üzərndə qazanılan qələbədə tarixboyu müstəmləkə zülmünə qarşı mübarizə aparan, qəhrəmanalıqları və igidlikləri ilə nəinki Şəki-Zaqtala, həm də Azərbaycanda tanınan göynükllülərin, Göynük Qaratllarının böyük xidmətləri oldu. Baş Göynük, Aşağı Göynük, eləcə də yaxın kəndlərdə, o cümlədən respublikamızın digər yerlərində anadan olan göynüklülər düşmən üzərində qələbə çalmasına öz töhfələrini verdilər. Onların arasında düşmənə qarşı mübarizədə şirin canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlər oldu. Bu baxımdan tarixi qələbəmizə öz töhfəsini verən qəhrəman Göynük Qartallarının zəfər salnaməsini gələcək nəsillərə çatdıracaq kitabın ərsəyə gəlməsi olduqca vacib bir məsələ idi. Çünki şanlı qəhrəmanlıq tariximizi xatırlamaq, tariximizi unutmamaq hamımıza hava və su kimi lazımdır. İkinci Qarabağ müharibəsində Göyünüklülərin qəhrəmanlıq salnaməsinin qələmə alnaraq gələcək nəsillərə çatdırlması kimi məsuliyyətli bir vəzifəni Baş Göynük kəndinin tarixini araşdıraraq bu yolda min bir əziyyətlər çəkən təcrübəli araşdırmaçı, yazıçı-jurnalist Şahin Aydəmir və onun qələm dostlar Osman Məmmədov və İlkin İbrahimxəlilov öz üzərlərinə götürdülər. Nəticədə onların gecəli-gündüzlü araşdırmaları öz bəhrəsini verdi və qısa müddətdə Göynük Qartalları İkinci Qarabağ savaşında adlı möhtəşəm bir kitab ərsəyə gəldi. Bu kitabın həm günümüz, həm d əgələcəyimiz üçün olduqca böyük bir əhəmiyyəti var. Gələcək nəsillər Qarabağ savaşında qəhrəmanlıqlar göstərən göynüklülərin hər biri ilə bu kitabla tanış olacaq və onlarla fəxr edəcəklər. Belə bir gözəl və olduqca möhtəşəm, nəfis bir şəkildə çap olunan kitaba görə mən müəlliflərə-qələm dostlarm Şahin Aydəmirə, Osman Məmmədova və İlkin İbrahimxəlilova öz təşəkkürümü bildirirəm. Onların çəkdikləri əziyyət İkinci Qarabağ savaşında zəfər çalan igidlərimizin fədakarlıqları qədər önəmlidır və düşmən üzərindəki qələbəmizə qələmlə verilən şərəf zirvəsidir. Göynük Qartalları İkinci Qarabağ savaşında kitabında düşmən üzərində çalınan qələbəmizdə əməyi olan hər bir qəhrəmanımızın həyatı əslində qalın-qalın kitablar, araşdırmalar mövzusudur. Kitabda ən önəmli məsələlərdən biri də bu günümüzlə keçmişimiz arasında yaradılan tarixi əlaqədir. Bu baxımdan Göynük Qartalları İkinci Qarabağ savaında kitabının girişində göynüklülərin şərəfli tarixi keçmişi barədə verilən məlumat təqdirə layiqdir və yüksək qiymətləndirilməlidir. Bəli, keçmiş dönəmlərdə əsarətə qarşı mübarizə aparan və yolda dəfələrlə üsyan qaldıran göynüklülərin şərəfli yolunu bu gün onların varisləri şərəf və qürurla davam etdirirlər. Sevindirici haldır ki, düşmən üzərində əldə edilən qələbədə Göynükllüər arasında çıxan zabitlərimizin də böyük əməyi var. İkinci Qarabağ savaşında Baş Göynükdə anadan olan 22 zabit iştirak edib. Onlardan təxmini hesablamalarıma görə 8-i polkovnik-leytenant, 5-i mayor, qalanları leytenant, baş leytenant və kapitanlardır. Əminəm ki, yaxın illərdə 8 polkovnik-leytenant arasında general rütbəsinə layiq görülənlər igid Göynüklülərimiz də olacaq. Göynük Qartalları İkinci Qarabağ savaşında kitabında müharibədə qələbə çalmağımıza öz töhfəsini verən Baş Şabalıd, Aşağı Göynük, Baş Layısqi, Cunud, Qumux və Şin kəndlərinin qəhrəman oğulları barədə də məlumat verilib. Beləliklə belə bir möhtəşəm qəhrəmanlıq salnaməsini qələmə alaraq gələcək nəsillərə çatdırmaqla müəlliflər Şahin Aydəmir, Osman Məmmədov və İlkin İbrahimxəlilov həmin igidlərimizlə bərabər adlarını tariximizə əbədi olaraq yazdırıblar. Necə deyərlər, qələm və süngü birləşərə düşmənin başına dəmir yumruq kimi endirilib. Beləliklə, Göynük Qartalları İkinci Qarabağ savaşında kitabını ərsəyə gətirən göynüklülərin qəhrəmanlıq və şərəf dastanını möhtəşəm bir şəkildə qələmə alan müəlliflərə təşəkkür edir, onlara uğurlar arzulayıram. Qələminiz həmişə iti olsun, heç vaxt korşalmasın əziz həmakrlarım Şahin Aydəmir, Osman Məmmədovvə İlkin İbrahimxəlilov.

Əziz Mustafa, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.10.16

2021.10.15

2021.10.14

2021.10.13

2021.10.12

2021.10.11

2021.10.10

2021.10.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az