"ATƏT-in Minsk Qrupunun ləğvini rəsmləşdirmək lazımdır"

"ATƏT-in Minsk Qrupunun ləğvini rəsmləşdirmək lazımdır"

Aprelin 12-də keçirdiyi müşavirədə cənab Prezident yerli və beynəlxalq ictimaiyyətin marağına səbəbə olan bir sıra vacib açıqlamalr verdi.

Təsadüfi deyil ki, cənab Prezidentin müşavirədə verdiyi açıqlamalar xarici mətbuatda da geniş işıqlandırıldı.

Bu açıqlamaların bəzilərinə qısa şəkildə toxunmaq istəyirəm.

Birincisi, ATƏT -in Minsk Qrupunun məsələsinə aydınlıq gətirildi. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, İkinci Qarabağ savaşı başlayana qədər münaqişənin həlli lə məşğul olmalı olan Minsk üçlüyü heç nə ilə yadda qalmadı.

Azərbaycan bu münaqişəni özü hərbi-siyasi yollarla həll etdi.

Buna görə də Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsızdı.

ATƏT-in hazırkı sədrinin Azərbaycana və Ermənistana iki həftə öncə etdiyi səfər zamanı verdiyi bəyanatlara baxsaq, görərik ki, cənab Prezidentin bu mövqeyini ATƏT-in sədri də bölüşür. Çünki səfərlə bağlı ATƏT-in yaydığı açıqlamada nə Minsk Qrupuna istinad vardı, nə də münaqişə və ya Dağlıq Qarabağla bağlı hər hansı bir ifadə.

Düşünürəm ki, adı çəkilən müşavirədə cənab Prezident tərəfindən ATƏT -in Minsk Qrupu üçlüyü məsələsinə son nöqtə qoyuldu.

Dünən isə Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndə təyin etməsi həmsədrlik institutunu rəsmən parçaladı və beləliklə, qrupun mandatı de-yure də qüvvədən düşmüş oldu. Qalır, bunu rəsmən elan etmək.

Artıq bundan sonra Ermənistan ATƏT-in Minsk qrupu ilə manipulyasiyalar edə bilməyəcək.

Şübhəsiz ki, bütün bunlar Azərbaycanın apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.

Cənab Prezident eyni zamanda ATƏT-in bir mötəbər beynəlxalq təşkilat kimi normallaşma prosesinə verə birəcəyi töhfədən danışaraq qeyd etdi ki, ATƏT bu proses də öz rolunu oynaya bilər. Yəni, ATƏT vətəndaş cəmiyyəti və media nümayəndələri, o cümlədən ictimai rəy liderlərini cəlb etməklə hər iki ölkə arasında etimad mühütünün yaranmasına kömək edə bilər.

Hesab edirəm ki, ATƏT bu təklifi nəzərə almalı və fəaliyyətini bu məsələnin həllinə yönəltməlidir.

Danışıqlar formatına gəldikdə, artıq məlum olduğu kimi, Azərbaycanın razılığı ilə sülh danışıqlarının Brüssel formatı yaradılıb və müəyyən etdiyimiz 5 təməl prinsiplər çərçivəsində Brüssel sülh gündəliyi üzrə iş gedir. Bu prinsipləri bütün beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan da qəbul edir.

Brüssel sülh danışıqlarının nəticələrindən biri də odur ki, son 30 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa təmas qurulubdur.

Cənab Prezident də bu faktı müsbət qiymətləndirdi və haqlı olaraq bildirdi ki, iki ölkə arasındakı münasibətləri ölkələrin özləri həll etməlidir və qısa zamanda sülh müqaviləsi və sərhdlərin delimatisiyası üzrə nəzərdə tutulan işçi qrupları fəaliyyətə başlamalıdır.

Ermənistandan son günlər səsləndirilən bir çox bəyanatların təhlili onu göstərir ki, Paşinyan hakimiyyəti Azərbaycanın yaratdığı reallıqla və irəli sürdüyü şərtlərlə barışıb və daha praqmatik siyasət yürütməyə meyilldir, əks təqdirdə bunun nə ilə nəticələnə biləcəyinin fərqindədir.

Ona görə də Ermənistan götürdüyü öhdəlikərini yerinə yetirməyə dərhal başlamalı, ilk olaraq qanunsuz erməni silahlı dəstələrini tezlikdən ərazimizdən çıxarmalıdır. Azay Quliyev, millət vəkili

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az