Koronavirus epidemiyası Ramazan ayına mane ola biləcəkmi?

Koronavirus epidemiyası Ramazan ayına mane ola biləcəkmi?

Bu il müsəlmanlar üçün müqəddəs Ramazan bayramı aprelin 24-də başladı və olduqca ağır bir dövrə düşdü. May ayının 23-nə kimi davam edəcək Ramazan bayramı panepidemiya şəraitində dünyanın müxtəlif ölkələrində özünəməxsus şəkildə qeyd olunmaqdadır. Əksər ölkələrdə Ramazanda cümə namazlarına qoyulan qadağalara uyğun şəkildə əhalinin kütləvi şəkildə ibadət etməsinə icazə verilmir. Bir çox müsəlman ölkələrində isə Ramazanın qeyd olunması ümumiyyətlə məqsədəuyğun hesab edilməyib. Buna səbəb kimi isə oruc tutmanın, gün ərzində ac qalmanın insan orqanizminin immunitetini zəiflətməsi və qorxulu virusa yoluxma təhlükəsinin artması göstərilib. Müsəlmanların müqəddəs məkanlarının yerləşdiyi Səudiyyə Ərəbistanında belə yeni koronavirus epidemiyası ilə bağlı kollektiv ibadətlərin keçirilməsi qadağan edilib. Məhz analoji səbəbdən bu il milyonlarla müsəlmanın Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedə bilməsi təhlükə altına düşüb. Əgər panepidemiya təhlükəsi ilə əlaqədar müsəlmanların müqəddəs Həcc ziyarəti baş tutmasa, onda Səudiyyə Ərəbistanı bundan milyardlarla dollar itirmiş olacaq.

Dünyanın müsəlman ölkələrindən biri olan Azərbaycana gəlincə burada da panepidemiya təhlükəsi ilə bağlı dövlət tərəfindən beynəlxalq səviyyədə təqdirlə qarşılanan müvafiq qoruyucu addımlar atılır. Belə tədbirlər məscidlərdən də yan keşməyib. Ölkəmizdə təhlükəsizliyin təmini ilə bağlı atılan addımlar a, həyata keçirilən tədbirlərə uyğun şəkildə məscidlərdə kütləvi ibadətlərə, o cümlədən kollektiv şəkildə cümə namazlarınının qılınmasına bəzi məhdudiyyətlər tətbiq edilib. Bütün bunlar da ictimaiyyət tərəfindən razılıqla qarşılanıb. Onu da deyək ki, Ramazan ayının başlaması ilə bağlı bütün bu məhdudiyyətlər adıçəklən sahəyə də tətbiq edilib. Ramazanın əsas atreibutlarından biri olan kollektiv şəkildə teravih namazlarının qılınması məqsədəuyğun hesab edilməyib. Eyni zamanda gün ərzində acqalma koronavirusa yoluxma təhlükəsini artırdığına görə əhaliyə imkan dairəsində öz sağıamlıqlarını qorumaq tövsiyə edilib.

Müstəqil Dövlətlər Birliyinə üzv Orta Asiyanın müsəlman dövlətlərində də panepidemiya ilə bağlı Ramazanda müxtəlif qadağlar tətbiq edilib.

Belə ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan COVİD-19 pandemiyası dövründə vətəndaşların təhlükəsizliyi məqsədilə məscidlərdə və iftarlarda (günün sonunda orucu açma yeməyindən sonra) kollektiv namaz qılmaqdan imtina etdilməsi qadağası işə düşüb. Tacikistanda yeni koronavirusa yoluxanların olmadığı iddia edilsə də paytaxt Düşənbədə təhlükəsizlik tədbirlər gücləndirilib. Ümumiyyətlə Mərkəzi Asiya dövlətlərində Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də mövcud olan qadağalara uyğun təhlükəsizlik tədbirləri həyata keçirilməkdədir.

Ölkəsində koronavirus təhlükəsinin olmadığıni iddia edən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov istisna olmaqla digər region dövlətlərində Ramazan olduqca aşağı səviyyədə qeyd olunmaqdadır.

Panepidemiya təhlükəsinə baxmayaraq Türkmənistan liderinin tapşırığı ilə respublika öz bitərəfliyinin 25 illiyi və türkmən atının milli bayramı münasibətilə kütləvi şənliklərə hazırlaşır. Rəsmi məlumata görə, Berdıməhmmədov bütün bu tədbirlərin, o cümlədən idman oyunlarının yüksək səviyyədə, özü də ölkə ictimaiyyətinin iştirakı ilə keçirilməsi barədə tapşırıqlar verib. Türkmənistanın həddindən artıq qapalı ölkə olduğunu nəzərə alsaq, yəqin ki, orada Ramazan ayının necə keçəcəyini bilmək çətindir. Hər halda, ölkənin bəzi regionlarında artıq qeyd edilib ki, bir ay ərzində məscidlərdə teravih( gecə namazından sonra Ramazan ayında qılınan namaz) namazları qılınacaq və Allaha birgə dualar ediləcək. Bununla yanaşı, Orta Asiya respublikalarının hər biri koronovirus təhlükəsi şəraitində Ramazana oxşar və fərqli məhdudiyyətlər tətbiq edib. Belə ki, Qazaxıstan müsəlmanlarının Ruhani İdarəsi dindarlar üçün "Həzrət Sultan" məscidində hər 15 dəqiqədə onlayn-dualar təşkil edib və istənilən kəs onlara qoşula bilər. Ramazan ayı ərzində qəbul edilən ianələr mobil proqramlar vasitəsilə göndərilə bilər.

Özbəkistanda müsəlmanlara Quran oxumaq, onu onlayn dinləmək və ya sadəcə evdə dua etmək təklif olunur. Hətta iş o yerə çatdı ki, dini idarə əl-Əzhər İslam Universitetinin fətvasına istinad edərək, pandemiyanın dövründə məscidi spirti olan maddələrlə dezinfeksiya etməyə icazə verdi. Əlbəttə ki, içməli spirt qəbulundan söhbət getmir.

Prezident Şavkat Mirziyayev isə sahibkarları Xeyirxahlıq və Dəstək İctimai Hərəkatı çərçivəsində aztəminatlı vətəndaşlara bayramda yardım etməyə çağırıb. Dövlət başçısı xeyriyyəçilərə "Vergilər, Lizinq, kreditlər, zəruri resurslara çıxış üzrə müxtəlif güzəştlər və preferensiyalar"a uyğun güzəştlər ediləcəyini bildirib. O: "Əminəm ki, Xeyirxahlıq və Dəstək ümumxalq hərəkatı dövlətimizin və xalqımızın qüdrətinin parlaq təzahürünə çevriləcək",-deyib.

Qırğızıstan Müsəlmanları İdarəsi qərara alıb ki, bayramın ilk həftəsini dindarlar tam təcrid olunmuş vəziyyətdə keçirməlidirlər. İftarın kollektiv şəkildə keçirilməsinə qadağa qoyulub. Bildirilib ki, iftar heç bir qonaq dəvət edilmədən, yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır. Ramazanın sonunda əhalinin imkansız kasıb təbəqələrinə veriləcək sədəqələrin isə xüsusi bank hesabına köçürülməsi tövsiyə edilib.

Rəsmi məlumatlara görə, koronavirusun olmadığı Tacikistana gəlincə, o da Ramazan ayında Qazaxıstan, Qırğızıstan və Özbəkistana qəbul edilən qaydalara uyğun tədbirlər həyata keçirir. Bundan başqa, przident Emoməli Rəhmon dünya pandemiyası ilə bağlı müsəlmanlar üçün məcburi olan Ramazanı başqa vaxta keçirməyə çağırıb. O vurğulayıb ki, insanın sağlamlığı və həyatı bütün dini göstərişlərdən üstündür. Buna görə də o, orucda yemək və yeməkdən çəkinməklə özünə qəsdən ziyan vurmamalıdır. Rəhmon belə hesab edir ki, gün ərzində oruc tutaraq ac qalmaq nəticəsi insanın immunetiteti zəiflədir və o, yoluxucu xəstəliklərlə yoluxmağa həssas olur.

Ümumiyyətlə, bununla da Tacikistan Prezidentinin "inqilabi" qərar qəbul etdiyini demək olar.

Tacikistan Üləmalar Şurası məscidlərin bağlanması və ibadətlərin evdə edilməsi barədə qərar qəbul edib. Şura, həmçinin əhaliyə bəzi məsləhətlər də verib. Vətəndaşlara məsləhət görülüb ki, Həcc ziyarəti etmək niyyətində olan və bu məqsədlə pul toplayan vətəndaşlar əvvəlcə evlərinin şəraitinin yaxşılaşdırılmasına, sonra isə bu pulları su çıxarılması, quyuların qazılması, körpü tikintisi və kənd və mikrorayonda digər xeyriyyə tədbirləri kimi xeyirxah işlərə sərf etməlidirlər.

Düzdür, sosial şəbəkələrin bəzi istifadəçiləri məscidlərin bağlanmasına görə hakimiyyəti tənqid ediblər, lakin əvvəllər bəzilər koornovirusa görə məscidləri vaxtında bağlamadığına görə ali orqanlara irad tutublar. Odur ki, bu məsələdə " xalqın rəyi " balanslaşdırılmışdı və ümumiyyətlə, Ramazan bayramının qeyri-ənənəvi qeyd olunmasının yeni şərtlərinə taciklər normal qarşılayıblar.

Bir sözlə, Mərkəzi Asiya respublikaları nəinki pandemiya şəraitində Ramazan ayı ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün tövsiyələrini yerinə yetiriblər, hətta onu daha da sərtləşdiriblər. ÜST-ün "BMT xəbərləri" saytında yerləşdirilmiş xəbərlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı hətta məscidlərin bağlanacağını belə gözləmirdi. Bu qurum yalnız məscidləri dezinfeksiya edən vasitələrlə dezinfeksiyaya baş vurmağı , dualar üçün fərdi xalçalarla təmin etməyi, həmçinin dindarlar arasında məsafəyə riayət etməyi və izdihamlı banket düzəltməməyi tövsiyə edirdi. Son hadisələr göstərir ki, Mərkəzi Asiyanın demək olar ki, bütün respublikalarının hakimiyyəti və əhalisi yüksək mülki məsuliyyət, eləcə də dini fanatizmin olmamasını nümayiş etdirdi.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az