Kola yarımadasında qazılan ən dərin quyuda nələr baş vermişdi?

Kola yarımadasında qazılan ən dərin quyuda nələr baş vermişdi?

Əvvəli ötən sayımızda

Növbəti belə qəzalardan birində isə qazma qurğusunun ətrafına birləşdirilən və ötürücülərin yuxarıya qaldırılaraq yoxlanılmasına xidmət edən tros qırılmışdı. Sanki trosu və ötürücüləri xüsusi alətlə kəsib götürmüşdülər. Qazma qurğusunu yenidən quyuya endirərkən onun hərəkət trayektoriyası boyunca tros və ötürücülər axtarıldı. Ancaq nə trosun, nə də ötürüclərin izinə rast gəlmək mümkün olmadı. Halbuki adi vəziyyətdə onların qalıqlarına hökmən rast gəlinirdi. Məsələni araşdıran alimlər təkrar-təkrar qazma qurğusuna əlavə tros birləşdirərək quyuboyu ətrafı yoxladılar. Ancaq yenə də qazma qurğusuna birləşdirilən ötürücü cihazlara və trosun qalıqlarına rast gəlmək mümkün olmadı. Alimlər çaş- baş qalmışdılar və bu sirri açmaqda çətinlik çəkirdilər. Həmin vaxt tanınmış qazmaçı alimlərdən biri: " Bu heç də xoş əlamət deyil, görərsiniz qazma işini sona kimi başa çatdıra bilməyəcəyik, hökmən nə isə xoşagələmz hadisə baş verəcək",-demişdi.

Qazma işləri isə ağır-ağır da olsa davam edirdi. Hər dəfə qəzadan sonra qazma qurğusunu işə salmaq üçün xeyli vaxt tələb olunurdu. "Kola Yüksək dərinlik" Elmi- İstehsalat Mərkəzinin direktoru David Quberman deyirdi ki, qazdığımız hər metr elmi baxımdan yeni kəşf hesab edilə bilərdi. Onun sözlərinə görə, qazma qurğusu dərinliklərə endikcə alimlərin yerin qatları barədə əvvəllər mövcud olan baxışlarının dəyişməsinə gətirib çıxarırdı. David Quberman : "4 kilometr dərinliyə kimi bizim nəzəri cəhətdən Yerin qatları barədə bildiklərimizlə əldə etdiyimiz son məlumatlar üst-üstə düşürdü. Amma qazma qurğusu 4 kilometrdən sonra bizə məlum olmayan proseslərlə üzləşdi. 5 kilometrlikdə artıq hiss etdik ki, bu günə kimi yerin dərin qatları barədə təsəvvürlərimiz və biliklərimiz özümüzü aldatmaqdan başqa bir şey olmayıb. Bizə Yerin dərin qatlarından ötürülən məlumatlar hamımızı çaşbaş salmışdı. Biz bütün bunların elmi izahını verməkdə çətinlik çəkirdik",- deyir.

İş orasındadır ki, Yerin dərin qatları barədə müxtəlif elmi ehtimallar irəli sürən və bunu az qala həqiqət kimi qələmə verməyə çalışan nəzəriyyəçi yerşünas alimlər belə hesab edirdilər ki, Baltik dənizi qalxanında yerin 15 kilometr dərinliyinə kimi temperatur ən aşağı həddədir. Bu nəzəriyyədən çıxış edəndə 15 kilometr dərinliyə kimi temperatur o qədər də yüksək olmamalı idi. Yerin 20 kilometr dərinliyinə- manti qatına kimi isə qazmaq nəzəri cəhətdən mümkün idi. Amma 5 kilometr dərinlikdə temperatur elmi ehtimalları alt-üst edərək 700 dərəcəni ötmüşdü. 7 kilometr dərinlikdə isə temperatur 1200 dərəcəni göstərməyə başladı. Qazma qurğusu dərinliyə endikcə temperatur daha da artırdı. Məsələn, 12 kilometr dərinlikdə temperatur 2200 dərəcə idi. Bu da alimlərin nəzəri cəhətdən irəli sürdükləri ehtimaldan 1000 dərəcə çox demək idi. 12 min 262 metr dərinlikdə isə alimlərin yerin alt qaztları barədə dediklərinin tamamilə yalan olduğu üzə çıxdı. Məlum oldu ki, yerin dərin qatları tamamilə başqa müstəvi üzərində qurulub və onu elmi cəhətdən izah etmək heç də asan iş deyil.

Halbuki yuxarıda da qeyd etdiyimiz kimi alimlər Yerin qatlarının üst qatdan, qranitdən, bazaltdan, manti və nüvədən ibarət olduğunu iddia edirdilər. Qazma zamanı qranitə 3 kilometrdən sonra rast gəlindi. Bundan sonra qranit təbəqəsini bazalt qatı əvəz etməli idi. Ancaq qazma zamanı ümumiyyətlə bazalt qatına rast gəlinmədi. Bu isə almlərin Yerin alt qatları barədə dediklərinin həqiqətə uyğun gəlmədiyini göstərdi. Kola yarımadasında aparılan qazma işləri zamanı alimləri daha bir senssasiya hesab ediləcək sürpriz gözləyirdi. Qazma zamanı məlum oldu ki, Yer üzərində həyat ehtimal edildiyindən də1,5 milyon il əvvəl yaranıb. Belə ki, Yerin dərin qatlarında 2,8 milyard il bundan əvvələ aid edilən 14 növ daşlaşmış mikrorqanzim aşkar edildi. Bu da Yerin alt qatlarındakı təbii sərvətlərin əmələ gəlməsi barədəki elmi təsəvvürlərin yanlış olduğunu sübut etmiş oldu. Digər bir gözlənilməz tapıntı isə yerin dərin qatlarında metanın böyük həcmdə toplanmasının aşkara çıxarılması idi. Bu da kömür, neft və qazın əmələ gəlməsi barədəki mövcud bioloji təsəvvürləri alt-üst etdi.

Sensassiyalı tapıntı və ya 3 kilometr dərinlkdə Ay qruntu

Kola yarımadasında aparılan kəşfiyyat- qazma işləri daha bir sensasiyaya səbəb oldu. Belə ki, 3 kilometr dərinlikdən əldə edilən qrunt nümunəsi Aydakına bənzəyirdi. Bunun doğru olub-olmadığını müəyyən etmək üçün 70-ci illərdə SSRİ kosmik aparatlarının Aydan gətirdiyi 124 qramlıq qrunt nümunəsi müqayisəli şəkildə yoxlanıldı. Məlum oldu ki, Yerin 3 kilometr dərinliyindən əldə edilən qrunt nümunəsi ilə Aydan gətirilən qrunt eynidir. Dərhal alimlər iddia etdilər ki, vaxtı ilə Qalaktikada baş verən sirli proseslər nəticəsində Ay məhz Kola yarımadasından ayrılıb. Amma hələlik bu da sübut edilməmiş elmi ehtimal olaraq qalır. Çünki bir vaxtlar Ayın Kola yarımadasının bir hissəsi olması və onun hansı səbəblər üzündən oradan qoparaq Qalaktikada öz yerini tutmasını, elmi baxımdan izah etmək hələ ki, mümkün deyil.

Gözlənilməz qəza və ya uğursuz sonluq

Kola yarımadasında kəşfiyyat-qazma işləri çətin də olsa davam edirdi. Kəşfiyyat-qazma işlərinə başlandığı 1965-cü ildən 1995-ci ilə kimi 12 kilometrdən artıq qazma işləri həyata keçirilmişdi. Qazmaçılar 16 kilometr dərinliyə çatacaqlarıan əmin idilər. Ancaq gözlənilmədən 1995-ci ilin aprel ayında qazma qurğusuna bərkidilmiş ötürücü cihazlar Yerin altından qəribə siqnallar göndərməyə başladılar. Bu siqnallar qazmaçıları dəhşətə salmışdı. Belə ki, Yer altından insan iniltilərini xatırladan səslər gəlirdi, sanki kimlərə isə dözülməz işgəngələr verirdilər. Bu iniltiləri eşidən qazmaçılar özlərini itirərək psixoloji gərginlik keçirməyə başladılar. Qazmaçılar eşitdiklərindən özlərinə gəlməmiş quyuda dəhşətli qəza baş verdi və bir andaca qazma qurğusu sıradan çıxdı. Baş verənlər barədə isə dünya mətbuatında müxtəlif informasiyalar yayılmağa başladı. Quya qazma qurğusu Yer altında bizə məlum olmayan hansısa qəribə bir aləmlə qarşılaşıb və onlar da qurğunu sıradan çıxarıblar. Xatırladaq ki, analoji hadisəyə bənzər hadisə ilə Havaydakı Maui adasında kəşfiyyat-qazma işləri aparan ABŞ-lı qazmaçılar da qarşılaşmışdılar. Onlar arasında fərq sadəcə olaraq qazma quyusunun dərinliyində idi. Əgər ABŞ-dan olan qazmaçıların qazma qurğusu 3 kilometr dərinlikdə sıradan çıxmışdısa, Kola yarımadasındakı qazma qurğusu 12 kilometr 262 metr dərinlikdə analoji hadisə ilə üzləşmişdi. Bu qəzanın da səbəblərini aşkar etmək mümkün olmadı. Baş verən hadisədən bir neçə ay sonra YUNESKO-nun Avstraliyada keçirilən iclasında David Quberman Kola yarımadasındakı qazma işləri və orada baş verən qəza barədə məruzə ilə çıxış edirdi. Gözlənilmədən zaldakı alimlərdən biri onun çıxışını kəsərək:- Doktor Quberman, Siz Yer altında şeytanmı axtarırdınız?-deyə ondan soruşdu.

Quberman ona nə cavab verəcəyini bilmədiyindən çıxışını davam etdirdi. Sonralar Quberman YUNESKO-dakı konfransda ona ünvanlanan sualla bağlı belə demişdi:" Məndən bu müəmmalı qəza barəsində soruşanda nə cavab verəcəyimi bilmədim. Bir tərəfdən qəza ilə bağlı yayılan məlumatlara mistik don geydirilmişdi. Digər tərəfdən də həqiqətən də qəzaya nəyin səbəb olduğunu bilmirdim. Belə ki, qəza ərəfəsində quyudan qəribə, qeyri-adi uğultu və iniltini xatırladan səslər gəldi. Bunun ardınca isə quyuda qəza baş verdi. Bir neçə gündən sonra qyunu yenidən işə salmağa cəhd etdik. O vaxt quyunun dərinliklərində hər hansı bir uğultu və ya qeyri-adi səslər eşitmədik",-deyir.

Qəzadan sonra Moskvada Kola yarmadasında kəşfiyyat-qazma işlərinin dayandırılması barədə qərar qəbul edildi. Buna səbəb kimi isə mailyyyə çatışmazlığı göstərildi.

Amma kəşfiyyat-qazma işləri bəzi maraqlı məqamları üzə çıxardı. Məsələn, məlum oldu ki, alimlərin Yerin alt təbəqələri barədə söylədikləri elmi baxımdan yanlışdır. Buna baxmayaraq günümizdə belə orta məktəblərdə şagirdlərə Yerin təbəqələri barədə qeyri elmi ehtimalları öyrətməkdə davam edirlər. Eyni zamanda kəşfiyyat-qazma işləri nəticəsində məlum oldu ki, 9,5 kilometr dərinlikdə qiymətli metallar, o cümlədən qızıl var. Onların ehtiyatı isə kifayət qədər böyükdür. Məsələn, 9,5 kilometr dərinlikdə 1 ton torpaqda 78 qram qızıl var. Yer üstündə isə 1 ton torpaqda 34 qram qızıl var və bu onun istehsalına başlanılması üçün kifayət edir. Gələcəkdə zərurət yaranacağı təqdirdə bu qızılın və digər qiymətli metalların istehsalına başlanacağı isə şübhə doğurmur.

Hazırda Kola yaımadasındakı qazma qurğusu özbaşına buraxılıb və ora xarabalığı xatırladır. Halbuki bir vaxtlar orada 16 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərirdi və minlərə adam ən yüksək maaş alaraq xüsusi imtiyazlara malik idilər. Hələlik Kola yarımadasındakı quyu öz sirrlərini gizlətməkdə davam edir. Kim bilir, bəlkə də gələcəkdə yenidən orada kəşfiyyat-qazma işlərinə baş vurulacaq...

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az