Tramp və Bayden seçkilərdə qalib gəldiklərini iddia edirlər

Tramp və Bayden seçkilərdə qalib gəldiklərini iddia edirlər

ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçicilərini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. O, Florida, Ohayo, Texas, Şimali Karolina və Corciya ştatlarında qələbə qazandığını bildirib. Tramp artıq Pensilvaniyada da qalib gəldiyini elan edərək deyib ki, bəzi ştatlarda qalib gəlməsi onun üçün gözlənilməz olub.

Trampın sözlərinə görə, Respublikaçılar Partiyası artıq qələbəni qeyd etməyə hazırlaşır. O, özünə səs verən seçicilərinə və həmkarlarına təşəkkür edib. Tramp səslərinin oğurlanması ilə bağlı Ali Məhkəmədə məsələ qaldıracağını da öz sözlərinə əlavə edib.

Daha sonra Prezident bir sıra ştatlarda keçirilmiş seçkilərdə liderliyini itirməsini qəribə hal kimi qiymətləndirib. Onun sözlərinə görə, bəzi ştatlarda üstünlüyü bülletenlərin sayılması zamanı müəmmalı şəkildə yoxa çıxıb.

Bayden qərargahı da qələbəyə əmindir

Bayden tərəfdarları da öz növbələrində qələbəni bayram etməyə hazırlaşırlar.
"Biz seçkilərdə qalib gəldik, seçkiləri qazandıq və bu üstünlüyü qoruyacağıq", - deyə Co Baydenin vəkili Bob Bauer bildirib.

Qərargah nümayəndələri də Miçiqan və Pensilvaniya Ştatlarında da namizədlərinin qələbəsinə ümid etdiklərini bildiriblər. "Biz hesab edirik ki, Viskonsin şəhərində artıq qələbə qazanmışıq", - deyə onlar əlavə ediblər. Qərargah meneceri, siyasətçi Con Dillon isə Trampın Viskonsindəki səslərin yenidən hesablanmasını tələb edəcəyini istisna etməyib.

Hələlik Bayden səslərin 238-ni, Tramp isə 212-ni qazanıb. Səslərin sayılması hazırda davam edir. Namizədlərdən hər hansı birinin qalib gəlməsi üçün onun 270 səs toplaması kifayət edəcək.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az