Bayden və tərəfdarları qələbəni bayram edirlər

Bayden və tərəfdarları qələbəni bayram edirlər

Çoxdan gözlənilən sevinc-şənbə günü Uilminqtonda (Delaver ştatı) yaranmış atmosferi belə müəyyən etmək olar. ABŞ-ın aparıcı KİV-in məlumatına görə, ötən çərşənbə axşamı burada yeni seçilmiş ABŞ prezidenti Cozef Bayden və onun vitse-prezidenti Kamal Harris səslərin hesablanmasının nəticələrini gözləyiblər.

Pensilvaniyanın 20 seçicisi Demokratik Partiyadan olan namizəd Co Baydenə səs verəndən sonra onun Donald Tramp üzərində "inamlı qələbəsi artıq təsdiq edilmiş fakta çevrildi.

Baydenin qələbəsi ilə Kamala Harris ABŞ tarixində ilk qadın vitse-prezident olacaq. Hindistan və Yamayka immiqrantlarının qızı bildirib:

"Bəli, bu vəzifədə ilk qadın olacağam, amma əminəm ki, sonuncu deyiləm!"

Co Bayden isə öz növbəsində tribunaya qalxaraq dedi ki, gələn il yanvarın 20-də Konstitusiyaya əsasən Ağ evdə vəzifəsinin icrasına başlayacaq.

"Bu axşam prezident Trampın lehinə səs verən bütün şəxslərin xəyal qırıqlığını başa düşürəm. Mən özüm də bir neçə dəfə uduzmuşam. Amma indi ehtirasların coşğunluğunu azaltmaq, bir-birini yenidən görmək və eşitmək vaxtıdır. Tərəqqiyə nail olmaq üçün rəqiblərimizə düşmən kimi yanaşmağı dayandırmalıyıq. Onlar bizə düşmən deyillər", - deyə Bayden bildirib.

O, dövlət başçısı kimi qarşısına qoyduğu əsas vəzifələri müəyyənləşdirib. Bayden ölkədə irqçiliyin aradan qaldırılması, hakimiyyətin ötürülməsi və epidemiyaya qarşı mübarizə aparılması planlarının olduğunu deyib.

Bayden çıxışını "qartalın qanadları üzərində" katolik himninə istinadla başa vurub və xatırladıb ki, o, ölkə tarixində Kennedidən sonra prezident seçilən ikinci katolikdir.

Emin Axund

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az