Kriminal avtoritet "Yaponçik"in qatillərinin həbs edilməsinə başlanılıb

Kriminal avtoritet "Yaponçik"in qatillərinin həbs edilməsinə başlanılıb

Moskva Şəhər Məhkəməsi 2009-cu ildə Rusiyanın paytaxtında öldürülən "Yaponçik" ləqəbi ilə tanınan kriminal avtoritet Vyaçeslav İvankovun qatillərindən iki nəfərini qiyabi olaraq həbs edib.

Oxuməni.az Ria Novosti-yə istinadən xəbər verir ki, Vyaçeslav İvankovun öldürülməsinin icraçıları Rusiya və Abxaziya vətəndaşlığı olan Astamur Butba və Nuqzar Papavadır. Onlar mütəşəkkil cinayətkar qrupun tərkibində qətllər törətməkdə və qanunsuz silah saxlamaqda ittiham olunublar. Hər iki cinayətkar beynəlxalq axtarışa verilib və məhkəmə onların barəsində qiyabi olaraq həbs edilməsi haqqında qərar çıxarıb.

İstintaqın versiyasına görə, İvankova atəş açan Butba olub. Həmin vaxt Papava da hadisə yerində olub. O, qaçırılmış avtomobildə killeri gözləyib və hər ehtimala qarşı Kalaşnikov avtomatını əlində atəş açmağa hazır vəziyyətdə saxlayıb.
Müstəntiqlərin iddiasına görə, Butba və Papava İvankovu öldürdükdən sonra Abxaziyaya qaçıblar və hələ də oradadırlar. Onların Rusiyaya ekstradisiya edilməsi məsələsi həll edilir.
Xatırladaq ki, 2009-cu ilin iyun ayının sonunda İvankov Moskvada Xoroşevski şossesində "Tay Fil" restoranından çıxanda killer tərəfindən açılan atəşlə ağır yaralanıb. O aldığı güllə yaralarından bir ay sonra ölüb.
2020-ci ilin fevralında məhkəmə bu iş üzrə təqsirləndirilən şəxslərdən birini- Murtaz Şadaniyanı həbs edib. İstintaq nəticəsində məlum olub ki, Şadaniya İvankovu təqib edib. Cinayətin digər iştirakçısı İlya Simoniyanın axtarışları isə davam edir. May ayında qətlin digər iştirakçısı Jambula Canaşia həbs edilib. Qətlin daha bir iştirakçısı dəfələrlə məhkum olunmuş Kaxa Qazzayevdir. O 2017-ci ildə başqa bir cinayətə görə həbs cəzasına məhkum edilib.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.02.28

2021.02.27

2021.02.26

2021.02.25

2021.02.24

2021.02.23

2021.02.22

2021.02.21

2021.02.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az