Ermənistan Şuşaya "İsgəndər" atmaqla bəşəriyyətə qarşı hərbi cinayət işləyib

Ermənistan Şuşaya "İsgəndər" atmaqla bəşəriyyətə qarşı  hərbi cinayət işləyib

Mediainfo.az türkiyəli hərbi ekspert və təhlükəsizlik mütəxəssisi Abdullah Ağarın Şuşaya atılan “İsgəndər” raketi ilə bağlı Axar.az-a müsahibəsini oxucularına təqdim edir:

– ANAMA-nın Ermənistanın Şuşaya İsgəndər-M raketi atması faktı ilə bağlı verdiyi açıqlamanı necə şərh edərdiniz?

– Ermənistan tərəfi uduzmaqda olduğu müharibəni qazanmaq və ya müharibənin gedişini öz xeyrinə dəyişdirmək üçün taktiki-ballistik raketlərdən istifadə etmək də daxil olmaqla, əlindən gələn hər şeyi etdi. Qarşı tərəfə təsir edərək, Azərbaycanın müharibədən imtina etməsi və ya müharibə iradəsini sarsıtmaq üçün mülkilərə qarşı silah tətbiq etdi. Bu mənada Şuşanın da iki İsgəndər-M raketi ilə atəşə tutulmasından təəccüblənmədim.

– “İsgəndər” raketinin atılmasını radarların qeydə almamasının səbəbi nədir?

– Radarların “İsgəndər” raketlərini izləyə bilməməsi deyə bir şey yoxdur. Bu, son dərəcə qısa bir müddətdə özünü göstərən texnoloji döyüşdür. Yəni, atıldığı anda raketin “İsgəndər” olduğu bilinmir. Lakin həmin raketlər atıldıqda Azərbaycan hava hücumundan müdafiə sistemi bu cür raketlərin atıldığını müəyyənləşdirir. Sonradan isə Şuşada tapılan qalıqlarla bunun “İsgəndər” olduğu dəqiqləşdirilib.

– Türkiyə bu məsələnin araşdırılması üçün Azərbaycana mütəxəssis göndərə bilərmi?

– Azərbaycan bununla bağlı Türkiyəyə müraciət edərsə, hər iki ölkədən olan mütəxəssislər bu istiqamətdə informasiya mübadiləsi apara bilər. Bu, iki ölkə arasında hüquqla tənzimlənən bir şeydir.

– Şuşaya “İsgəndər” raketinin atılması hansı beynəlxalq qalmaqala səbəb ola bilər?

– Ermənistan tərəfinin “İsgəndər”lərdən istifadəsi həm insanlara qarşı olan soyqırım, həm də mədəni soyqırım kimi qiymətləndirilməlidir. Bu raketlərin nə dərəcədə dağıdıcı olduğu hamıya məlumdur. Ermənistanın müharibə dövründə böyük bir tarixə malik olan Şuşa şəhərinə “İsgəndər” raketi atması mədəni bir soyqırımdır. Bu mənada, Ermənistan bununla həm bəşəriyyətə qarşı bir cinayət, həm də hərbi cinayət işləyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.12.04

2021.12.03

2021.12.02

2021.12.01

2021.11.30

2021.11.29

2021.11.28

2021.11.27

2021.11.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az