Telefon kameramızdan izlənirik – Haker sirləri açdı

Telefon kameramızdan izlənirik – Haker sirləri açdı

Mediainfo.az adının gizli qalmasını istəyən hakerin Axar.az-a verdiyi müsahibəni təqdim edir:

- Hər kəsi maraqlandıran bir sual var. Telefon və kompüter kameralarından bizi izləyə bilərlər?

- Əlbəttə, çox asanlıqla izlənə bilərsiniz. Xüsusilə, sizə göndərilən fərqli, bilmədiyiniz faylları açmamağınız məsləhətdir. Fərqli virusla, “backdoor” (arxa qapı) dediyimiz üsullarla bir haker sizin kompüterinizə hücum edərsə, kameranı da, kompüteri də açar. Yazışmalarınızı görər, fayllarınızı oğurlayar. 1-2 sətirlik əmrlərlə bunlara əli çata bilər.

- İnstaqram şifrəsi necə oğrulanır?

- İnstaqram şifrəsi əslində sosial mühəndislik üsulları ilə işləyir. İki üsul mövcuddur: birincisi, sizin şifrənizi sınamaq üçün proqram təminatı var. Düşünürsən ki, X bir şəxsin şifrəsi nələr ola bilər. Proqrama həmin şifrələri yazırsan və bütün fərziyyələr bir-bir yoxlanır. Lakin bunun tutma ehtimalı azdır. Çünki İnstaqram bunu əngəlləməyə çalışır. Hesabı dondurur. İkincisi, aldatma üsuludur. Mavi işarə almaq, izləmə sayını artırmaq, profilinə kimlərin baxdığını görmək və s. kimi üsullar var. Bu zaman həmin üsuldan istifadə etmək istəyən şəxs İnstaqram parolunu və istifadəçi adını yazır. Bu cür fərqli aldatma üsulu ilə şifrə oğurlanır. Bütün bunlara qarşı diqqətli olmaq məsləhətdir.

- Bəs telefonumuzu hakerlərdən necə qoruyaq?

- Əslində telefonu sındırmaq kompüterə görə daha çətindir. Lakin mümkündür. Android istifadəçilərində “Google Play”dən başqa fərqli yerlərdən tətbiq yüklədiklərini görürük. Məsələn, pulsuz oyunlar yükləyirlər. Bu zaman telefona virus düşür. Bu oyunları hazırlayan hakerlər oyunun içinə sizin telefonunuza girə bilməsi üçün kod qoyur. Bu səbəbdən bütün tətbiqləri öz telefonunuzun rəsmi platforması nədirsə (məsələn, App Store, Google Play), oradan yükləyin. Bəzi insanlar sosial şəbəkəyə girərkən nömrə yazmaq istəmirlər. Lakin nömrə yazılsa, kimsə sizin şifrənizi oğurlamaq istədikdə, telefonunuza SMS gələcək.

- Kafe və restoranlarda rahat istifadə etdiyimiz Vay-Fay şəbəkələri nə dərəcədə etibarlıdır?

- Həmin an sizinlə birgə həmin restoranda oturan haker də rahatlıqla eyni şəbəkəyə qoşula bilir. Heç kəs bir hakerlə eyni Vay-Faydan istifadə etmək istəməz. Çünki sizin telefonunuza hücum etmə ehtimalı yüksəkdir. Bu səbəbdən açıq şəbəkə əvəzinə, öz telefonunuzun “Hotspot”una girməyiniz məsləhətlidir. Lakin məcburiyyət olduqda VPN-dən istifadə edə bilərsiniz. Bu zaman haker hara girdiyinizi görsə də, nə etdiyinizi görə bilməyəcək.

- Hakerlər bir-biri ilə necə əlaqə qururlar?

- Bildiyiniz kimi, “Dark Web” (Qaranlıq Veb) deyə bir anlayış var. “Dark Web”i normal brauzerlərlə deyil, fərqli şəbəkələrdən istifadə edərək girə biləcəyiniz internet saytları kimi düşünə bilərsiniz. “Dark Web”in içərisində forumlar var. İnsanlar anonim olaraq fərqli ölkələrdən öz haker təcrübələrini burada paylaşırlar. Buradan kəşfiyyat baxımından kiber təhlükəsizlik mütəxəssisləri də məlumat əldə edə bilirlər. Haker hansısa sayta sıza bildiyini, parolu sındırdığını “Dark Web”də paylaşanda kiber təhlükəsizlik mütəxəssisləri bunu görüb öz saytlarını mühafizə edirlər. Bu cür əlaqə vasitələri var. Lakin heç kimin bilmədiyi əlaqə üçün gizli mesajlaşma proqramları yoxdur.

- Kiber cinayətə məruz qalan şəxsə məsləhətiniz nədir? Nə etməlidir?

- Mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Artıq bu istiqamətdə yüksək səviyyədə çalışan qurumlarımız var.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.10.16

2021.10.15

2021.10.14

2021.10.13

2021.10.12

2021.10.11

2021.10.10

2021.10.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az